Avropa İttifaqı İrana 18 milyon avro yardım ayırıb
Tarix: 24.08.2018 | Saat: 18:31:00 | E-mail | Çapa göndər



Avropa İttifaqı (Aİ) İrana 18 milyon avroluq yardım paketini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Bildirilir ki, 8 milyon avrosu özəl sektora aid olmaqla İranda davamlı iqtisadi və sosial inkişafı dəstəkləyən layihələrə ümumilikdə 18 milyon avroluq yardım paket qəbul edilib. Bu maliyyə yardımı İranın nüvə razılaşması çərçivəsində Aİ tərəfindən planlaşdırılan ümumilikdə 50 milyon avro məbləğindəki yardımın ilk paketidir.
“İranın nüvə razılaşması nəticəsində Aİ-İran əlaqələrinin yenilənməsindən bəri, biz bir çox sektorda əməkdaşlığı artırmışıq. Biz bunu davam etdirməkdə qərarlıyıq. Bu yeni paket iqtisadi və sektoral əlaqələri genişləndirəcək”, - deyə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini deyib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info