Azərbaycan Tibb Universitetində tələbələr həftəsonu da qeydiyyatdan keçə biləcəklər
Tarix: 24.08.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər



Avqustun 16-dan etibarən Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış gənclərin qeydiyyatına başlanılıb. Yeni tədris ilində ATU-nun tələbələri sırasına qoşulacaq gənclər lazımi sənədləri təqdim edərək qəbul olunduqları fakültələr üzrə qeydiyyatdan keçirlər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli qəbul prosesini izləyib. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış olub, qəbulu aparan universitet nümayəndələri ilə söhbət edib.
G.Gəraybəyli qəbula gələn valideynlərlə də görüşüb, övladlarının ATU tələbəsi adını qazanması münasibətilə onları təbrik edib. Rektor birinci kurs tələbələrinə təhsildə uğurlar arzulayıb, onlara xalqımız üçün layiqli kadr kimi yetişməyi diləyib.
Qeyd edək ki, bu günə olan məlumata görə, ATU-nun müalicə-profilaktika fakültəsi üzrə 333 nəfər qeydiyyatdan keçib. Onlardan 32 nəfəri rus, 101 nəfəri isə Azərbaycan bölməsində təhsil alacaq gənclərdir.
Əczaçılıq fakültəsi üzrə qeydiyyatdan keçənlərin sayı 43 nəfərdir. Onlardan 42-si dövlət sifarişi, 1 nəfər isə ödənişli əsaslarla qəbul olunub. Qəbul olunanlardan 12-si rus, 31-i Azərbaycan bölməsindən təhsil alacaq.
Stomatologiya fakültəsi üzrə qeydiyyatdan keçən 27 nəfərdən 15-i rus, 12-i Azərbaycan bölməsinin gələcək tələbələridir. Onlardan 16 nəfəri dövlət, 11-i isə ödənişli əsaslarla təhsil alacaq gənclərdir
İctimai səhiyyə fakültəsində qeydiyyatdan keçən 32 tələbənin 24-ü dövlət sifarişi, 8 nəfəri isə ödənişli əsaslarla oxuyacaq.
Qeyd edək ki, müqəddəs Qurban bayramı münasibətilə bu həftə iki gün qeyri-iş günü olduğundan ATU rəhbərliyi həftəsonu, yəni avqustun 25 və 26-da da tələbələrin qeydiyyatını aparacaq. Həftəsonu qəbul komissiyası saat 9:00-dan 15:00-a qədər işləyəcək.
Ümumilikdə, ATU-da qeydiyyat prosesi avqustun 28-nə qədər davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info