Böyrək daşı xəstəliyinə əsasən orta yaşlı insanlarda rast gəlinir
Tarix: 24.08.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Dünyada hər 10 nəfərdən biri böyrək daşı və ya böyrək qumu problemi ilə üzləşir. Bu xəstəlik maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması nəticəsində yaranır.
Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin müdiri, uroloq Fikrət Əhmədov universitetin mətbuat xidmətinə məlumatında buildirib.
Həkimin sözlərinə görə, bu xəstəlik bəzi hallarda irsi xarakter daşıyır, sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər.
Uroloqun bildirdiyinə görə, böyrəklər və sidikçıxarıcı yolların problemləri uroloji xəstəliklər silsiləsinə daxildir. Amma böyrək və sidik yollarının daş xəstəliyi günümüzdə daha aktualdı: “Bu xəstəliklə əlaqədar hər yaş qrupundan insanlar şöbəmizə müraciət edir. Belə ki, problem genetik xarakter də daşıyır. Ata və ya anada böyrək daşları olarsa, uşaqda da buna meyillilik yaranar. Xəstəliyin digər yaranma səbəbləri isə mədə-bağırsaq problemləri və bu bölgədə aparılan əməliyyatlar, piylənmə, fiziki aktivliyin az olmasıdır. Bütün bunlar böyrək daşının əmələ gəlməsində risk faktorudur”.
Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəblərindən biri də bəzi vitaminlərin normadan artıq qəbuludur. Xəstəliyin qarşısını nisbətən almaq üçün gündəlik iki litr və daha çox su içmək lazımdır. Su böyrək daşı riskinin qarşısını alır. Gündəlik su içənlərin 60 faiz özlərini böyrək daşı xəstəliyindən qorumuş olurlar: “Əgər yaşa görə bölsək, bu problemə əsasən orta yaşlarda daha çox rast gəlinir. Lakin bəzi hallarda 1-2 yaşlı uşaqlarda da maddələr mübadiləsi və hormonal pozuntuların nəticəsində böyrək daşı yarana bilər”.
Xəstəliyin əlamətlərinə gəlincə, əksər hallarda onlar ağrı tutmaları, sidik ifrazı zamanı meydana çıxan pozuntular və bir sıra digərləridir. F.Əhmədovun dediyimə görə, əgər böyrək daşı sidikçıxarmaya mane olursa, o zaman şiddətli ağrılarla özünü büruzə verir: “Elə hallar da olur ki, daş sidikçıxarmaya problem törətmir və xəstənin problemdən xəbəri olmur. İllərlə bu daşlar orqanizmdə böyüyür, sidik kanalının yolunu tutduqda ağrılar yaranır və xəstə həkimə müraciət edir ki, bu zaman da daş aşkarlanır”.
Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. F. Əhmədovun sözlərinə görə, təbabətdə böyrək daşını əridən preparatlar yoxdur. Ancaq daşın əmələ gəlməsinin qarşısını alan profilaktik dərmanlar var ki, bunlar da əksər hallarda işə yarayır: “Biz kiçik ölçülü daşları nəzarət altında saxlayırıq, bəzi profilaktik dərmanlarla böyüməsinin qarşısını ala bilirik. 5 mm-dən 1 sm-ə qədər olan daşları cərrahi müdaxilə və ya hansısa bir preparatla müalicə etməyə ehtiyac görmürük. Daşın ölçüsü 1 sm-dən böyükdürsə, sidik yollarını tutursa, xəstənin böyrəyinə ciddi zərər verirsə, bu daşları cərrahi əməliyyat vasitəsilə xaric edirik. Təbabətin yeniliklərinə əsasən, 95 faiz hallarda endoskopik müdaxiləyə üstünlük veririk. Hansısa bir kəsik aparmadan, cərrahi müdaxilə edirik. 3 sm-ə qədər olan böyrək daşlarını kəsik aparmadan, endoskopik olaraq, lazerlə parçalayırıq. Xəstəyə stend qoyulur. O, sidiyə getdikcə, tədricən kiçik qırıntılar şəklində daşları xaric olunur. 3 sm-dən böyük olan böyrək daşlarını isə perkutan nefrolitotomiya əməliyyatı yolu ilə icra edirik. Bu zaman böyrək nahiyəsində 1 sm-lik deşik açılır və daşlar qırılıb, çıxarılır”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Püstə yeyin ki, stresdən uzaq olasınız
15.09.2018
Yeməkdən əvvəl su içmək xəstəlikləri azaldır
14.09.2018
“Sıçovul qızdırması“ yenidən yayıldı
14.09.2018
Bu xəstəliyi olan insanlar səhər çoxlu miqdarda qəhvə içsin
13.09.2018
Azərbaycanda uzunömürlülər daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info