“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası böyük inkişaf yolu keçib
Tarix: 24.08.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə Ulu Öndərin rəhbərliyi ilə ilk milli sərhəd qurumları yaradılıb.
Ümummilli Lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci il sentyabrın 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul edib. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulub. Həmin vaxt Naxçıvandakı sərhəd dəstəsinin əmlakının, silah və sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun həll olunub. 1992-ci il avqustun 22-də Naxçıvandakı 41-ci Sərhəd Dəstəsi Azərbaycanın tabeliyinə keçib və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Dəstəsi ləğv olunub, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilib, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilib.
Ölkəmizdə Sərhəd Qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirib. Ümummilli Liderin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları günbəgün möhkəmlənir. Dövlət başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, normativ-hüquqi baza təkmilləşdirilib. Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşlarının artırılması, xidmətdə fərqlənənlərin orden və medallarla təltif edilməsi sərhədçilərdə böyük ruh yüksəkliyinin yaranmasına səbəb olub.
Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün muxtar respublikada da uğurla davam etdirilir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci ildə isə Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılıb. Muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu gün muxtar respublikanın sərhəd zastavaları müasir sərhəd strukturlarına malikdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında aparılan quruculuq işləri davamlı xarakter daşıyır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Əlahiddə Sərhəd Diviziyasının qərargahı, xəstəxanası, hamam-camaşırxana kompleksi yenidən qurulub, çörəkbişirmə sexi tikilib istifadəyə verilib. Bundan başqa, Şərur və Culfa sərhəd komendantlıqları yenidən qurulub, ən müasir tələblərə uyğun sərhəd zastavaları tikilib. Həmçinin Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri görülüb, avtomobil parkında təmir emalatxanaları, avtomobillərin saxlanılması üçün yeni dayanacaqlar, qarovul və qazanxana binaları tikilib. Bununla yanaşı, sərhədçi ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində müasir tələblərə cavab verən 72 yerlik uşaq bağçası tikilib, 2 yaşayış binası yenidən qurulub, mərkəzləşmiş istilik sistemi yaradılıb, sərhədçi ailələri üçün istirahət parkı salınıb. 2018-ci ilin ötən dövründə isə Prezidentin iştirakı ilə Qaraçuq kəndində sərhəd dəstəsi üçün tikilmiş yeni xidmət kompleksi istifadəyə verilib.
Muxtar respublikada sərhədçilərin peşəkarlıq səviyyəsinin artırılması, kadr və texniki potensialının gücləndirilməsi məqsədilə də kompleks tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizə aparmalı, fədakarlıq göstərməlidir”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info