Angela Merkel Bakıya niyə gəlir?
Tarix: 24.08.2018 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Almaniya kansleri Angela Merkelin bu həftə Bakıya gözlənilən səfəri ilk növbədə Azərbaycan tərəfindən həyata keçirilən enerji layihələri üzrə müəyyən razılaşmaların əldə olunmasına yönəlib.
Bunu Trend-ə Rusiyanın Yaxın Şərq Assosiasiyasının prezidenti, tanınmış rusiyalı ekspert Murad Sadıqzadə deyib.
Ekspertin sözlərinə görə, hazırda beynəlxalq münasibətlərdə vəziyyət o qədər sürətlə dəyişir ki, hətta növbəti ay üçün proseslərin gedişini səhvsiz proqnozlaşdırmaq mümkün olmur:
“Amma hər zaman bütün dəqiq hadisələrin üzərindən görünməz xətlə keçən əsas trendlər mövcuddur. Avqustun 25-də baş tutacaq səfər həm regional, həm də qlobal gündəliyi dəyişə biləcək siyasi xətlərə aiddir”.
M.Sadıqzadə bildirib ki, Almaniya və Avropa İttifaqının (Aİ) digər üzvləri milli təhlükəsizliklərini təmin etmək və bir enerji tədarükçüsündən asılı olmamaq üçün enerji ehtiyatları tədarükünün marşrut və mənbələrini fəal şəkildə şaxələndirməyə çalışırlar. Ona görə də səfər çərçivəsində Azərbaycanın yeni qaz dəhlizləri vasitəsilə enerji ehtiyatlarının alınması imkanları müzakirə olunacaq:
“Hesab edirəm ki, bütün bunlar Rusiya prezidenti Vladimir Putinin Berlinə baş tutmuş və “Şimal axını-2” layihəsinin müzakirə olunduğu səfəri fonunda gözlənilir”.
Ekspertin fikrincə, Aİ ölkələrinin öz iqtisadiyyatlarının dayanıqlı inkişafını təmin etməkdə marağı nəzərə alınsa, Azərbaycan üçün iqtisadi gücünü artıra biləcək və dayanıqlı artımı təmin edəcək “Əsrin müqaviləsi”nin yeni dövrü başlaya bilər:
“Hətta ilk növbədə enerji məsələləri müzakirə olunsa belə, bu, heç bir halda xüsusilə qeyri-neft sektorundan gəlirlərini artırmağa çalışan Bakı üçün digər iqtisadi layihələrin vacibliyini azaltmır. Hesab edirəm ki, Azərbaycan ərazisindən keçəcək və Şərqlə Qərbi birləşdirəcək nəqliyyat dəhlizləri mövzusu da müzakirə olunacaq. Hər şey uğurlu alınsa, Almaniya məhsulları üçün Fars körfəzi və Asiya ölkələri bazarlarına yol açılacaq”.
Danışıqlarda müzakirə olunacaq siyasi mövzulara gəlincə, politoloq qeyd edib ki, Bakı və Berlin regionda təhlükəsizlik məsələləri, həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyət barədə mövqelərini dəqiqləşdirəcəklər.
M.Sadıqzadənin sözlərinə görə, əgər Bakı Tehranla tam qarşılıqlı fəaliyyətin davam etdirilməsinə sadiq olduğunu təsdiq etsə, o zaman Azərbaycan və Almaniyanın maraqlarının üst-üstə düşdüyü daha bir nöqtə olacaq:
"Hesab edirəm ki, Angela Merkelin qarşıdakı səfəri Bakı və Berlin arasında ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək, həmçinin Rusiyanın Aİ ilə münasibətlərinin möhkəmləndirilməsində müsbət addıma xidmət edəcək".
M.Sadıqzadə vurğulayıb ki, danışıqlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən də yan keçməyəcək:
“Almaniya Aİ-nin lider dövlətlərindən biri kimi hər zaman beynəlxalq hüquqa sadiqliyini açıq şəkildə bəyan edib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Berlin anlayır ki, mövcud status-kvo Bakını qane etmir, belə ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır. Berlin istisnasız olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı rəyini bildirəcək və Ermənistanın yeni hakimiyyətinə təsir göstərməyə cəhd edəcəyi mümkündür".




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info