Almaniya Kanslerinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək
Tarix: 24.08.2018 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək.
Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, bu gün Avropa İttifaqı, o cümlədən quruma üzv ölkələrlə qarşılıqlı faydalı münasibətlər qurmaq və mövcud əlaqələri daha da dərinləşdirərək inkişaf etdirmək Azərbaycanın xarici siyasət kursunda əsas istiqamətlərdən birini təşkil edir. Bu sırada Almaniya mühüm yerlərdən birini tutur:
"Almaniya Avropanın əsas güc mərkəzlərindən biridir və bu ölkə Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Ölkəmiz də öz növbəsində, Almaniya ilə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır. Hesab edirəm ki, Azərbaycan-Almaniya münasibətləri ötən illərdə inkişaf edib, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün də gözəl perspektivlər var".
Baş redaktor deyib ki, A.Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gəlməsi mühüm hadisədir: “Cənubi Qafqaz regionu bu gün aparıcı dövlətlərin, dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bunun əsas səbəblərindən biri Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri ilə bağlıdır. Regiona və dünyaya sülh, sabitlik gətirən bu layihələr, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi qiymətləndirilir. Ölkəmizin təşəbbüsü ilə uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Qitələri birləşdirən bu layihə tərəfdaş ölkələrə böyük fayda verəcək. Almaniya da “Cənub Qaz Dəhlizi” layihəsinə böyük maraq göstərir. Şübhəsiz, xanım Merkelin səfəri zamanı əsas müzakirə mövzularından biri də məhz enerji məsələləri olacaq”.
O əlavə edib ki, Azərbaycanla Almaniya arasında çox fəal siyasi dialoq mövcuddur: “Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli şəkildə həllinin tərəfdarıdır. Hesab edirəm ki, Almaniya Kanslerinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafına yeni stimul verəcək”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info