Filippin ABŞ-dan “F-16” qırıcılarını almaqdan imtina edib
Tarix: 25.08.2018 | Saat: 13:52:00 | E-mail | Çapa göndər



Filippin Prezidenti Rodriqo Duterte ABŞ-dan “F-16” qırıcı təyyarələrini almaqdan imtina edərək, onları tamamilə faydasız adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən “Sputnik International” agentliyi R.Dutertenin Davo şəhərində hərbçilər qarşısında çıxışından sitat gətirərək yazır: “Bizə “F-16”lar lazım deyil. Lakin onlar bizi təhqir etmələrinə baxmayaraq, bu məsələni bir daha qaldırırlar”.
Məlumatda qeyd edilir ki, dövlət başçısının bu cür reaksiyasına ABŞ-ın müdafiə naziri Ceyms Mettisin, dövlət katibi Mayk Pompeonun və ticarət naziri Uilbir Rossun imzaladıqları birgə məktub səbəb olub. R.Dutertenin sözlərinə görə, Vaşinqtonun bu addımı Filippin hökumətinə qarşı çoxsaylı çıxışlardan sonra “barışıq” cəhdi təsiri bağışlayır.
Filippin Prezidenti qeyd edib ki, “F-16”ların əvəzinə Filippinə qiyamçılarla mübarizə aparmaq üçün yüngül, porşenli təyyarələr lazımdır. O, həmçinin ABŞ-ı ölkənin silahlı qüvvələrinin müasirləşməsinə maneə yaratmaqda günahlandırıb.
Bununla yanaşı, R.Duterte vurğulayıb ki, Vaşinqton ilə Manilanı dost adlandırmaq çətindir: “Biz dostuq, lakin unutmaq lazım deyil ki, bu, illər əvvəl bizim müstəmləkə olmağımızla bağlıdır. Biz belə dostluğa razılıq verməmişik”.
Xatırladaq ki, ötən ilin mayında R.Duterte ordu ilə yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra cənubda yerləşən Mindanao əyalətində fövqəladə vəziyyət elan edib. Döyüşlər əsasən Maravi şəhərində gedib. Həmin döyüşlər zamanı 160 hərbçi həlak olub, 1700 nəfər yaralanıb və 800 yaraqlının məhv edilib.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Ruhani: “Regionda gərginliyin kəskinləşməsinin əsl səbəbkarı ABŞ hökumətidir“
26.06.2019
Hulusi Akar Mark Esper ilə görüşüb
26.06.2019
Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib
26.06.2019
İtaliyada mafiyaya qarşı iri əməliyyat
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info