Tərtərdə xalça istehsalı emalatxanası inşa olunur
Tarix: 25.08.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər



“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ənənəvi xalq üsulu ilə xalça toxuculuğu şəbəkəsinin genişləndirilməsi prosesini davam etdirir, ölkəmizin bölgələrində xalça istehsalı müəssisələri yaradılır. ASC-nin xalça istehsalı emalatxanalarından biri də Tərtər rayonunda inşa edilir.

Tikintidə iş icraçısı Füzuli İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Tərtər şəhərində 4250 kvadratmetr ərazidə inşa edilən müəssisənin sahəsi 1269 kvadratmetrdir. Binada toxuculuq zalı, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar və sair yaradılacaq. 40-dək işçinin çalışdığı tikinti sahəsində dəmir-beton işləri başa çatıb. Hörgü işləri yekunlaşmaq üzrədir. Hazırda dam örtüyünün vurulmasına hazırlıq görülür, həyətdə yardımçı binalar və yan hasarlar inşa edilir. İşlərin noyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Xalça istehsalı emalatxanasında işləmək üçün rayonun Şıxarx qəsəbəsində xalça toxucuları üçün tədris-hazırlıq kursu açılıb. Kurslara əsasən məcburi köçkünlər olmaqla, 58 qadın cəlb edilib. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 180 nəfərin işlə təmin olunması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info