SOCAR və Almaniyanın “Uniper” şirkəti razılaşma imzalayıb
Tarix: 25.08.2018 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Hər iki şirkət Azərbaycanda enerji səmərəliyini artırmaq istəyir

“Uniper SE” və SOCAR Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaq. Hər iki şirkət Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfəri zamanı, avqustun 25-də müvafiq razılaşma imzalayıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, alman enerji təchizatçısı və SOCAR artıq 5 ildir ki, sıx əməkdaşlıq edir. Yeni razılaşmanın məqsədi, ilk növbədə, Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır. Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır.
İlkin araşdırmalar göstərib ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür.
“Uniper” şirkətinin idarə heyətinin üzvü Kristofer Delbrük deyib: “Yeni layihə iki şirkət arasındakı uzunmüddətli tərəfdaşlığı növbəti mərhələyə gətirib çıxarır. Bu layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım edəcək. “Uniper” və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər vəd edir”.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: “Almaniyanın aparıcı şirkətlərindən biri olan “Uniper” ilə həyata keçirdiyimiz strateji əməkdaşlıq Azərbaycan üçün öz təbii resurslarını reallaşdırmaqla yanaşı, həm də qabaqcıl texnologiyalardan bəhrələnməsi üçün əlverişli imkanlar yaratmışdır. Enerji səmərəliyinin artırılması ətraf mühitimizin qorunması ilə yanaşı həm də qazın qənaəti sayəsində əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz müqavilənin imzalanması ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, tərəflərin “Cənub Qaz Dəhlizi” layihələri çərçivəsində əməkdaşlığını nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycan və SOCAR-ın əhəmiyyətli rolunu bir daha ifadə edir”.
SOCAR və “Uniper” şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlayıb. 2045-ci ilədək hər il 1,5 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.
Sənaye səmərəliliyi sahəsində SOCAR və “Uniper” şirkətləri 2015-ci ildə birgə müəssisə yaradıblar. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək. Yeni qurğuların istismara verilməsi 2020-ci ilin əvvəlində planlaşdırılır. Almaniyanın Federal Hökuməti bu layihənin həyata keçirilməsini Hermes eksport kredit zəmanəti ilə dəstəkləyib. Təqribən 30 milyon avro dəyərində olan bu layihədə əsasən alman texnologiyası tətbiq olunur.
“Uniper” və SOCAR şirkətlərinin tərəfdaşlığı bir çox digər istiqamətlərdə də həyata keçirilir, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlər və sair.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info