Azərbaycanın dövlət borcunun idarə edilməsi üçün 3 əsas məqsəd müəyyənləşdirilib
Tarix: 25.08.2018 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Orta və uzun müddətdə Azərbaycanın dövlət borcunun idarə edilməsi üçün 3 əsas məqsəd müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.
Sənəddə bildirilir ki, mövcud kreditlər üzrə nəzərdə tutulan vəsaitdən istifadə, eyni zamanda, prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə yeni borcalmalar 2019-cu ildə ümumi dövlət borcunun (cəmi xarici və daxili dövlət borcu) ÜDM-ə nisbətinin artaraq 24,7 faiz olmasına gətirib çıxarsa da, bu Strategiyada hədəfləndiyi kimi, əlavə borcalmaların həyata keçirilməməsi və dövlət borcuna xidmət xərclərinin cəlb olunacaq vəsaitdən çox olması ilə dövlət borcu portfelinin həcmi azalacaq və 2020-ci ildə 10,7 milyard ABŞ dollarından 2025-ci ildə 7,7 milyard dollara çatdırılması təmin ediləcək.
Qarşıdan gələn strateji dövrdə (2018–2025-ci illər) dövlət borcunun idarə olunması sahəsində əsas məqsəd gələcək illər üçün dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətinin tədricən azaldılmasına nail olmaqdır. Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. Qeyd olunan strateji çərçivə daxili borcalmanı təkcə alternativ maliyyələşmə mənbəyi kimi deyil, eyni zamanda, daxili maliyyə bazarlarının inkişafı üçün zəruri alət kimi nəzərdə tutur.
Strategiyanın birinci əsas məqsədi kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etmək götürülüb. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir.
İkinci strateji məqsəddə isə dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaq nəzərdə tutulur. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması (mövcud portfel üzrə göstərici 94,3 faiz) nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi (mövcud portfel üzrə göstərici 49,7 faiz) hədəflənir.
Digər strateji məqsəd isə yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsini əhatə edir. Bu istiqamətdə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanması təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info