“Mançester Siti” səfərdə “Volverhempton” klubu ilə heç-heçə edib
Tarix: 25.08.2018 | Saat: 22:00:00 | E-mail | Çapa göndər



Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turuna “Mançester Siti” - “Volverhempton” oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, “Molineks” stadionunda keçirilən qarşılaşmada hesabı ikinci hissənin 57-ci dəqiqəsində meydan sahibləri açıb. Belə ki, Joau Moutinyonun künc zərbəsindən ötürməsini Vil Boli dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan sonra irəli atılan Pep Qvardiolanın yetirmələri 69-ci dəqiqədə hesaba tarazlıq gətirə bilib. Bu dəfədə Aymerik Laport baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas edib – 1:1. Qalan dəqiqələrdə son çempion “Mançester Siti” bir neçə təhlükəli vəziyyətlər yaratsa da hesab dəyişilməyib.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının ilk turunda “Arsenal”lı (2:0), ikinci turda isə “Haddesfild” klubunu 6:1 hesabı ilə məğlub edib. “Volverhempton” ilk turda “Everton”la 2:2 hesabı ilə heç-heçə edib. İkinci turda isə səfərdə “Lester Siti” klubuna məğlub olub (2:0).




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info