Yemiş haqqında nələri bilmirik?
Tarix: 24.06.2013 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Yemiş tərkibində şəkər, bir sıra vitaminlər, karotin, mineral maddələr olan bostan bitkisidir. Onların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər. Yemişin qabığı açıq yaşıl, narıncı, qəhvəyi, ətli hissəsi isə ağ, yaşıl, narıncı və çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına görə lifli, yumşaq, xırda dənəli, xırçıldayan və sıx ətli olurlar. Yemiş şirin dada və xoş ətrə malik bitkidir. Yetişmə müddətinə görə tezyetişən (80 günə), ortayetişən (80-110 günə) və gecyetişən (110 gündən çox) qruplarına bölünür.
Ölçüsünə görə iri, orta və xırda olur. Üzəri hamar, tor şəbəkəli və qabırğalı formada olur. Tezyetişən növləri 20 günə, ortayetişənlər 1-2 aya qədər, saxlanılmağa davamlı, gecyetişənlər isə 3 aydan çox saxlanırlar. Bunların saxlanma müddəti yetişmə dövrlərindən asılıdır. Yemiş qarpıza nisbətən istisevən olur və saxlanılarkən yetişə bilir.
Yemiş həzmi asanlaşdırır, qanı təmizləyir və artırır, böyrəklərdəki qum və daşların tökülməsinə təsir göstərir. Eyni zamanda o dərinin təravətli qalmasına, orqanizmin xərçəng xəstəliyindən qorunmasına kömək edir. Lakin ac qarnına yemiş yemək də məsləhət görülmür.
Ticarət şəbəkəsindən bu bostan bitkisini alarkən bir sıra məsələlərə diqqət yetirin. Standarta müvafiq qovunlar təzə, təmiz və sağlam olmalıdır. Rəngi və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. En kəsiyinin diametri ən çox 15 sm-dən, tezyetişən və silindrik formalılarda isə 10 sm-dən az olmamalıdır. Satışa buraxılan yemişlərin içərisində azacıq əzik və batıq, həmçinin ölçüdən uzaqlaşan yemişlərin miqdarı 5%-dən çox olmamalıdır.
Alıcıların əksəriyyəti hamar yemişlərin şirin olduğunu güman edir. Əslində isə üstü torvari, qəhvəyi şaxələri olan yemişlər daha şirin olur. Bilin ki, istehlakçı olaraq hər kəsin yemiş alarkən satıcıdan onun gigiyenik sertifikatını tələb etmək hüququ var. Bu məhsulu alarkən onun saxlanma şəraitinə, səthinin vəziyyətinə diqqət edin. Büzüşmüş, əzilmiş, zədələnmiş yemişləri almayın.

Təqdim etdi: B.Şirvani




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info