Bu il Lənkəran Dövlət Universitetinə 1036 tələbə qəbul olunub
Tarix: 26.08.2018 | Saat: 14:04:00 | E-mail | Çapa göndər



2018-2019-cu tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavr səviyyəsinin birinci kursuna qəbul olunmuş abituriyentlərin avqustun 16-dan başlanan sənəd qəbulu davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-ya qəbul olunmuş tələbələrin qeydiyyatına universitetdə fəaliyyət göstərən fakültələrin dekanlarından və əməkdaşlarından ibarət yaradılan işçi qrupu nəzarət edir. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tələbə və valideynlərlə görüşərək qeydiyyat prosesinin gedişi ilə tanış olub, ölkəmizin müxtəlif şəhər və rayonlarından, paytaxt Bakıdan gəlmiş tələbələrə ali təhsil üçün məhz LDU–nu seçmələrində heç də yanılmadıqlarını, burada tam şəffaf və obyektiv təhsil mühitinin yaradıldığını, təlim-tədris və təcrübə bazasının daim yeniləndiyini, yüksək ixtisaslı pedaqoji kadrların tədris prosesinə cəlb edildiyini bildirib.
Ali təhsil ocağına qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması üçün yaradılmış komissiyanın verdiyi məlumata görə, bu il LDU-nun əyani və qiyabi şöbələrinə 26 ixtisas üzrə 1036 tələbə qəbul olunub.
Universitet rəhbərliyi tərəfindən aztəminatlı ailələrə ödənişli ixtisaslara qəbul edilən tələbələrə illik ödəniş haqqının birdəfəlik deyil, təhsil ili müddətində mərhələli şəkildə ödəmək imkanı da yaradılıb.
Tələbələrin qeydiyyatı şənbə və bazar günləri də daxil olmaqla, avqustun 28-nə kimi davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info