Çoxuşaqlı qadınlarda Alsheymer riski daha yüksəkdir
Tarix: 26.08.2018 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Qadınların 5 və ya daha çox uşaq sahibi olması onlarda Alsheymer riskini 70 faiz artırır.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, alimlər bu qənaətə Koreya Respublikasında və Yunanıstanda 60 yaşından yuxarı 3500-dən çox qadın üzərində apardıqları araşdırmadan sonra gəliblər.
Tədqiqatda demensiya xəstəsi olmayan 5 və daha çox övlad dünyaya gətirən qadınların koqnitiv testlərdə 5-dən az uşaq dünyaya gətirənlərə nisbətən daha müvəffəqiyyətsiz olduqları müşahidə edilib.
Bundan əlavə, orta yaş həddi 71 olan qadınlar arasında bir və ya iki dəfə yarımçıq hamiləlik yaşayanlarda belə Alsheymer riskinin ümumiyyətlə hamilə olmayanlara nisbətən daha aşağı olduğu müəyyənləşib.
Tədqiqatçılar Alsheymer riskinin artmasına səbəb kimi qadın orqanizminin sürətlə yüksəlib anidən düşən estrogen və stress hormonlarının təsirinə məruz qalmasını göstərirlər. Belə ki, bu vəziyyət beyinə mənfi təsir edir. Bununla yanaşı, yarımçıq hamiləliklərlə bağlı nəticələr də tədqiqatçılarda təəccüb doğurub.
2016-cı il Dünya Alsheymer Hesabatına görə, dünyada 47 milyon Demans xəstəsi var.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sümük vərəmi
23.03.2019
Dondurulmuş limon bakteriya əleyhinə təsir göstərir
20.03.2019
Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb
18.03.2019
“Yaz fəslində orqanizm vitamin tələbatına daha çox ehtiyac duyur”
16.03.2019
Yeniyetmələrdə depressiv vəziyyət

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info