Bilik Fondu 15 sentyabr - Bilik gününə hazırlaşır
Tarix: 27.08.2018 | Saat: 01:19:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr – Bilik gününə hazırlıq məqsədi ilə regionlarda maarifçilik tədbirlərinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına texniki fənlər və Balakən şəhərindəki humanitar və texniki təmayüllü liseylərdə, Oğuz şəhər 2 nömrəli tam orta və Qax rayonu Əmbərçay kənd orta məktəblərində, həmçinin Qax və Oğuz rayon Bilik evlərində təşkil olunan “dəyirmi masa”larda müəllim və valideynlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbirlərdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Fondun Oğuz, Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndələri Anar Məcidov, Rövşən Hədisov, Kəmalə Əhmədova və Şaban Abdullayev çıxış edərək Bilik gününə hazırlıq məsələləri barədə danışıblar. Tədbirlərdə, həmçinin iştirakçılarla Azərbaycanın dövlət atributlarının mahiyyətinin izah edilməsi və təbliği, böyüməkdə olan nəslin azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə olunması, təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrədilməsi, Prezident İlham Əliyevin siyasətinin mühüm prioritetlərindən biri olan insan kapitalının daha da inkişaf etdirilməsi, bu baxımdan təhsil sahəsinə qoyulan investisiyaların əhəmiyyəti, təhsil sahəsi ilə bağlı imzalanan sənədlərin şərhi və qarşıda duran digər vəzifələr barədə işgüzar müzakirələr aparılıb.
Qeyd edilib ki, Bilik Fondunun rayon nümayəndəliklərində və Bilik evlərində cari ilin əvvəlindən Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi, 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar müxtəlif məzmunlu tədbirlər - mühazirə, “dəyirmi masa”, seminar, kitab təqdimatları, sərgi, müsabiqə və bilik yarışmaları təşkil edilib. Təhsil Nazirliyinin və Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən layihələrdə, ümumrespublika müsabiqələrində sözügedən məktəblərin şagirdləri xüsusi fəallıq göstəriblər.
Fondun sektor müdiri Hacı Abdulla AZƏRTAC-ın bölgə müxbirinə deyib ki, Bilik Fondu fəaliyyətə başladığı 2014-cü ilin Bilik günündə 70, 2015-ci ildə 161, 2016-cı ildə 116, 2017-ci ildə isə 120 elm və təhsil ocağında tanınmış alimlər, pedaqoqlar, bir sıra ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə mühazirə-dərslər təşkil edib. Bilik Fondunun təmsilçiləri bu il də Bilik günü ilə əlaqədar 125 orta məktəb, kollec, texniki peşə və ali təhsil müəssisələrində keçiriləcək tədbirlərdə yaxından iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info