“Qarabağ” – “Neftçi” oyunu heç-heçə başa çatıb
Tarix: 27.08.2018 | Saat: 02:22:00 | E-mail | Çapa göndər



Avqustun 26-da Topaz Premyer Liqasının üçüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması “Azərsun Arena”da keçirilib. Son çempion “Qarabağ” ölkə futbolunun flaqmanı “Neftçi”ni sınağa çəkib. Oyunun favoriti sayılan ağdamlılar oyuna hücumlarla başlayıblar. Buna baxmayaraq, hesabı açan tərəf “Neftçi” olub. Flaqmanın qanalı hücumçusu Kvame Karikari adını tabloya yazdırıb - 0:1. Birinci hissə bu hesabla başa çatıb.
Gərgin idman mübarizəsi şəraitində keçən ikinci hissədə Qurban Qurbanovun yetirmələri hesabı bərabərləşdirməyə nail olublar. Filip Ozobiçin ötürməsindən sonra İnnosent Emeqara qapıçı ilə təkbətək çıxıb və topu qapıdan keçirib - 1:1.
Bundan sonra qapılara qol vurulmayıb və tərəflər 1 xalla kifayətlənməli olublar.
Beləliklə, üç turdan sonra aktivində 7 xal olan “Neftçi” klubu turnir cədvəlinə başçılıq edir. Çempionatın debütantı “Sabah” 6 xalla ikinci pillədədir. Hərəyə dörd xalı olan “Qəbələ”, “Sumqayıt” və Ağdamın “Qarabağ” klubu 4-6-cı yerləri bölüşürlər.
Qeyd edək ki, Topaz Premyer Liqasının dördüncü turunda sentyabrın 15-də “Sumqayıt” – “Qarabağ”, “Səbail” – “Zirə” və sentyabrın 16-da “Neftçi” – “Keşlə”, “Sabah” – “Qəbələ” oyunları keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26.05.2019
“The Daily Star”: “Arsenal” Henrix Mxitaryanı satmağı qərara alıb
26.05.2019
Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar
26.05.2019
Rusiya üçlüyü aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb
26.05.2019
“Bavariya“ Almaniya kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info