Tayvanda daşqınlar: azı 7 nəfər həlak olub, 116 nəfər xəsarət alıb
Tarix: 27.08.2018 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Tayvanın mərkəzi və cənub rayonlarında leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 7 nəfər həlak olub, 116 nəfər isə xəsarət alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, avqustun 26-da əlverişsiz hava şəraiti ilə əlaqədar bu bölgələrin nəqliyyat əlaqəsində problemlər yaranıb, dəmiryol qatarlarının və bərələrin hərəkəti qismən dayanıb, sürət şoselərinin bəzi hissələri bağlanıb. Təxminən 600 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Meteoroloqların verdiyi məlumata əsasən, adada avqustun 23-dən başlayan yağışlar bu həftənin sonlarına qədər səngiməyəcək. Hazırda yerli hökumət orqanları təbii fəlakətdən zərər çəkən bütün rayonlarda xilasetmə əməliyyatlarını davam etdirir. Həmçinin əhaliyə torpaq sürüşməsi təhlükəsi barədə də xəbərdarlıq olunub.
Əlverişsiz hava şəraiti səbəbindən Tayvanın kənd təsərrüfatı sektoru ciddi itkilərə məruz qalıb. İlkin məlumata görə, maddi zərər artıq 18,35 milyon dollara çatıb. Bununla yanaşı, təbii fəlakətin zərər vurduğu məktəblərin, dövlət müəssisələrinin və digər binaların bərpası üçün 5,2 milyon dollar vəsait lazım gələcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Hindistanda leysan yağışlar nəticəsində ən azı 11 nəfər həlak olub
24.09.2018
Gömrükdə avtomobildə gizlədilən mobil telefonlar aşkarlanıb
24.09.2018
Türkiyədə Fransa vətəndaşı olan terrorçu saxlanılıb
23.09.2018
“Fiberoptikanın atası” Çarlz Kao 84 yaşında vəfat edib
23.09.2018
Pakistanda terrorçularla toqquşmada 7 əməkdaş həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info