Strategiya xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi baza formalaşdırır
Tarix: 27.08.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır.
Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, Strategiya borcların idarə edilməsi üçün hazırlanmış mühüm sənəddir: “Nəzərə alsaq ki, Strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib: dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsi; risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması. İndiki dövrdə və xarici şokların hər zaman aktiv olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən səviyyədə olması çox vacibdir. Strategiyaya uyğun olaraq Azərbaycanda xarici borc səviyyəsinin tənzimlənməsi və 2025-ci ilədək xarici borc səviyyəsinin məhz tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Həmçinin ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsi proqnozlaşdırılır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Bu isə ondan xəbər verir ki, xarici borcun ÜDM-də səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Bu da dayanıqlı xarici borca nail olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, bu il xarici dövlət borcunun xidmət xərclərinin məbləği 1 milyard 241,7 milyon dollar təşkil edirsə, 2025-ci ildə bu məbləğin 820,3 milyon dollaradək azalması proqnozlaşdırılır. Eləcə də, bunun büdcə xərclərində payı 10,1 faizdən 6,2 faizə qədər azalacaq”.
V.Bayramov bildirib ki, daxili dövlət borcunun tənzimlənməsi və bu istiqamətdə proqnozlar birmənalı şəkildə təqdim olunur. Daxili dövlət borcları xarici dövlət borclarına nisbətən, xüsusən milli valyutada olduğuna görə, onların dayanıqlılığını təmin etmək daha asandır, lakin xarici borcların tənzimlənməsi daha vacibdir. Xarici borcların tərkibində valyuta strukturunun tənzimlənməsi də əsas hədəflərdəndir. Bu hədəflərə nail olunması üçün xüsusən dönərli valyutaya cəlb edilən xarici borcların məbləğinin də azaldılması əsas hədəflərdən biri kimi proqnozlaşdırılır. Həmçinin Strategiya riskləri müəyyənləşdirilir və həmin risklərin aradan qaldırılması ilə bağlı strateji hədəflərin həyata keçirilməsini təqdim edir.
Ekspert deyib: "Bütövlükdə Strategiya Azərbaycanda xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Strategiyanın qəbul edilməsi və icrası imkan verəcək ki, Azərbaycan növbəti illərdə xarici borcun tənzimlənməsi və xarici borcun idarəolunan səviyyədə qorunub saxlanmasına nail ola bilsin. Bu da təbii ki, dayanıqlı inkişafın qorunub saxlanması baxımından vacibdir. Bu, xüsusən də ortamüddətli dövrdə Azərbaycana dayanıqlı idarəolunan xarici borca sahib olmaqla xarici riskləri ciddə şəkildə minimumlaşdıra bilməsinə imkan verəcək".




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info