Peşə Reabilitasiya Mərkəzindən 3 gənc ali məktəblərə daxil olub
Tarix: 27.08.2018 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Bu il qəbul imtahanlarında uğurlu nəticə göstərərək ali məktəb tələbəsi adını qazananlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri də var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabr ayında açılışı olan bu Mərkəz fiziki məhdudiyyətli gənclərin reabilitasiyasında və cəmiyyətə fəal inteqrasiyasında əhəmiyyətli rol oynayır. Burada aparılan çoxşaxəli reabilitasiya tədbirləri onlarda özünə inam hissi, potensial bacarığını üzə çıxararaq aktiv həyat tərzinə doğru irəliləmək əzmi formalaşdırır.
Peşə Reabilitasiya Mərkəzində tikişçilik peşəsi ilə yanaşı, dizayn sahəsi üzrə bilik və bacarıqlara yiyələnən Nərgiz Hümbətli (Bakı) qəbul imtahanlarında müsbət nəticə (73 bal, qabiliyyət üzrə 10 bal) əldə edərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (dekorativ tətbiqi sənət ixtisası) qəbul olub. Mərkəzdə dizayn peşəsi üzrə kursu bitirən İlahə İsmayılova (Bakı şəhəri) da (58 bal, qabiliyyət üzrə 10 bal) həmin Akademiyanın dizayn ixtisası üzrə tələbəsi olmaq uğuruna imza atıb. Tam görmə məhdudiyyəti olan Xanoğlan Sadıqov (Şəmkir rayonu) isə Mərkəzdə toxuma peşəsinin sirlərinə yiyələnib. Onun hazırladığı əl işləri, muncuqlarla toxuduğu güllər müxtəlif sərgilərdə maraqla qarşılanıb. İmtahanlarda Xanoğlan 428 bal toplayıb və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info