Meriya şəhərdə tullantıların daşınmasında köklü dəyişikliklərə başlayıb
Tarix: 27.08.2018 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Son vaxtlarda paytaxt Bakı şəhərində təmizlik və abadlıq işlərinin aparılmasında müsbət dəyişikliklər müşahidə olunur. Belə ki, şəhərin mərkəzində aparılan işlərlə yanaşı, şəhərətrafı qəsəbə və yaşayış məntəqələrində də bu işlərə xüsusi diqqət yetirilir. Şəhərdə həyət və məhəllələrin əsaslı təmirləri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada sakinlərin istirahətinin təmin olunması ilə bağlı işlər davam edir ki, bu da öz növbəsində vətəndaşlar tərəfindən çox müsbət qarşılanır. Şəhərdə aparılan müşahidələr həqiqətən də məişət tullantıları, xüsusilə də tozun azalmasını göstərir. Bu işlər şəhərətrafı qəsəbələrdə də öz əksini tapıb.
Bu işlər ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış kompleks tədbirlər planına uyğun aparılır. İlk növbədə əvvəllər az diqqət yetirilən Bakıətrafı qəsəbələrdə və yaşayış sahələrindəki çoxmənzilli binaların fasadlarının, giriş hissələrinin əsaslı təmiri, ümumi təmizlik işlərinə olan diqqətin artırılmasını qeyd etmək lazımdır.
Şəhər İcra Hakimiyyətindən əldə olunan məlumatlara görə, etiraf edilməlidir ki, bu gün tullantıların daşınması və ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. Artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Lakin bu, müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Buraya tullantıların çeşidlənməsi məqsədilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xarici ölkələrin təcrübəsindən yararlanmaq məqsədilə xaricdən mütəxəssislər dəvət olunub və hazırda işlər aparılır.
Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info