Gələn il bütün vətəndaşlar “ASAN xidmət“dən faydalanacaq
Tarix: 24.06.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


2014-cü il ərzində ölkəmizin bütün regionları əhatə olunmaqla, bütün rayonlarımızın sakinləri "ASAN xidmət" mərkəzinə müraciət etmək imkanı qazanacaqlar. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi Prezident İlham Əliyevin "Facebook" səhifəsində vətəndaşların suallarını cavablandırarkən bildirib.
Agentliyin rəhbərliyi qeyd edib ki, hazırda "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşlara səyyar "ASAN xidmət" göstərilir.
Bundan əlavə bildirilir ki, Prezidentin tapşırığı əsasında xidmətlərin göstərilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar artıq iyun ayından etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayıb. Suallara cavabda qeyd edilib ki, yaxın gələcəkdə "ASAN xidmət" mərkəzi çərçivəsində bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bildirib ki, elektron xidmətlərə keçidin sürətləndirilməsi Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biridir. Hazırda isə "ASAN xidmət" mərkəzlərində elektron qaydada növbə tutmaq, onlayn müraciət etmək, təklif və iradları ifadə etmək mümkündür. Digər suala cavabda qeyd edilib ki, "ASAN xidmət" mərkəzlərinə işə qəbul müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Qeyd edib ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinə işə qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Bununla maraqlanan vətəndaşlara mütəmadi olaraq dqmk.gov.az internet səhifəsini izləmələri tövsiyə olunub. Könüllü qismində fəaliyyət göstərmək istəyənlər isə CV-lərini “hr@asan.gov.az mail” ünvanına “Mövzu” bölməsində “Könüllü” sözünü qeyd etməklə göndərə bilərlər.
Qeyd edilib ki, yanvarın 15-dən fəaliyyətə başlamış 1 saylı "ASAN xidmət" mərkəzi hazırda paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarının, 2 saylı "ASAN xidmət" mərkəzi - Nizami, Xətai və Suraxanı, Sumqayıt "ASAN xidmət" mərkəzi isə Sumqayıt şəhəri ilə yanaşı, həmçinin Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərməkdədir. Cari il ərzində Yasamal rayonu ərazisində 3 saylı "ASAN xidmət" mərkəzi, Sabunçu rayonunda 4 saylı "ASAN xidmət" və avqust ayının sonunadək isə Gəncə şəhərində daha bir "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu mərkəz də öz növbəsində Gəncə şəhəri və ətaf rayonların əhalisinə xidmət göstərəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların davamı olaraq yaradılan "ASAN Xidmət" mərkəzləri ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir və idarəetmədə yeni yanaşma və metodlar tətbiq edir. ASAN Xidmət mərkəzləri öz fəaliyyətini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurmaqla, mümkün korrupsiya və bürokratik əngəllərin qarşısını alır.
Günay




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info