«ArmenianReport»: “Merkelin Qarabağla bağlı Bakıdakı bəyanatı Azərbaycana sərfəlidir”
Tarix: 27.08.2018 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


“Almaniya kanslerinin Cənubi Qafqaz səfərinin nəticələrini Ermənistan üçün o qədər də ürəkaçan hesab etmək olmaz”

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz turnesi çərçivəsində Ermənistanda olması hələ də bu ölkənin aparıcı mövzularından biri olaraq qalmaqdadır. Maraqlıdır ki, alman kanslerin Ermənistan ziyarəti birmənalı qarşılanmır. Belə ki, ermənilərin əksər çoxluğu səfərin nəticəsindən narazılıq ifadə edirlər. Dediklərimizin əyani sübutu kimi ermənilərin «ArmenianReport» saytında yer alan aşağıdakı yazını göstərə bilərik. Məqalədə deyilir:"Köhnə rejimin" siyasi fəaliyyətinə qadağa qoyulmadan ölkədə hər hansı bir irəliləyiş görünməyəcək. Bu gün Ermənistanda gözəl gələcəklə, məyus keçmiş arasındakı daxili siyasi qarşıdurma mövzusu ən vacib mövzu olaraq qalır. Bu, şübhəsiz ki, Ermənistana gələn hər hansı bir avropalı siyasətçinin, hətta Almaniya kansleri Angela Merkelin ziyarətindən də vacibdir. Hərçənd ki, alman kanslerin Cənubi Qafqaz səfərinin nəticələrini ölkəmiz üçün o qədər də ürəkaçan hesab etmək olmaz.
Biz bir daha gənc demokratik ölkələrin real dəstəklənməsi üçün Avropanın qabaqcıl dövlətlərinin az iş gördüklərinə şahid olduq. Həqiqətən, korrupsiyalaşan məmurları , xəyanətkarları və Kremlin müdafiəçilərini devirməklə tarixi bir hadisə yaşamış Ermənistan da Gürcüstan və Ukrayna kimi, hələ də Avropadan elə də böyük bir dəstək almayıb.
Bundan əlavə, biz Bakıya gələn Angela Merkelin ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdiyinin şahidi olduq. O həm də Qarabağ münaqişəsinin həllinin BMT –nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllində AFR-ın yardımçı olması barədə bəyanat da verdi. Bu, Bakı üçün sərfəli bir mövqedir».

Ermənistanda müxalifətə siyasi fəaliyyətlə məşğul olmağı qadağan etmək təklifi irəli sürülüb

Daha sonra sayt yazır: «Merkel bu addımı ilə bizə bir daha Avropa ölkələri və xüsusilə də Almaniya üçün iqtisadi maraqların daha vacib olduğunu anlatdı. Bu, Merkelin Putinlə necə əməkdaşlıq etdiyinin nümunəsində də aydın görünür. Belə ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasına baxmayaraq, alman biznesi nümayəndələri bu sanksiyaların aradan götürülməsini daha çox tələb edirlər. Bunu Merkelin Bakıya səfərində də gördük. Nəticə göz önündədir: Almaniyanın enerji nəhəngi «Uniper» Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qiyməti milyardlarla dəyərləndirilən müqavilə imzalayır. Özü də alman dövləti bu müqaviləni Ermənistanla müharibə hazırlığını açıq şəkildə bəyan edən bir ölkə ilə imzalayır. Əlbəttə, biz bunu demokratiya ideyalarına xəyanətdən başqa bir şey adlandıra bilmirik. (Guya ki, Ermənistanda demokratiya var. Elə bu yazının özündə müxalifətə siyasi fəaliyyətlə məşğul olmağı qadağan etmək təklifi var-A.B.).
Bəs, bu halda Ermənistan nə etməlidir? Cavab çox sadədir - Ermənistan demokratikləşməsini davam etdirməlidir. Lakin qeyd edək ki, bu gün ölkədə Ermənistanı Qafqazda Rusiyanın forpostuna çevirənlər çarəsiz olsalar yenə meydana çıxmağa çalışırlar. Onlar bu gün Ermənistanda əksinqilabi fəaliyyəti öz canlarını qurtarmaq üçün ən önəmli şans kimi görürlər. Məhz elə buna görə də onlar son zamanlar fəaliyyətlərini intensivləşdirməyə çalışırlır. Mediaları satın alırlar, fikir və istəkləri ilə xalqla mübarizə aparmaq üçün böyük məbləğlər qoyurlar. Onlar hələ də Kremlin çubuğu ilə hərəkət edirlər»
Saytın iddiasına görə, Kremlin Ukraynadakı fəaliyyətini nəzərə alan Ermənistan, İrəvanın Moskva qarşısındakı itaətkarlıqdan imtinasına cavab olaraq, onun intiqamına icazə verməməlidir. Ona görə də bu gün Ermənistanda lüstrasiya haqqında qanun qəbul etmək çox vacibdir. (Lüstrasiya əvvəlki orqanların tərəfdarlarının hüquqlarını məhdudlaşdırmaq üçün hakimiyyət dəyişikliyindən sonra tətbiq edilən qanuni məhdudiyyətlərdir-A. B.). Sayta görə, Ermənistanda qəbul ediləcək bu qanun köhnə rejimin bu gün də vəzifədə olan bütün üzvlərinə şamil edilməlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir
22.10.2018
Adnan Bulut: “Star” Avropanın ən müasir müəssisəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info