İİTKM beynəlxalq forumda təmsil edilib
Tarix: 27.08.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn Avstraliyada "Asiya İnkişaf Bankı - Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2018"də Azərbaycanı təmsil edib. Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, forum Avstraliyanın paytaxtı Kanberrada Asiya İnkişaf Bankı və Avstraliya Milli Universitetinin təşkilatçılığı ilə keçirilib. Forumda 28 ölkədən dəvət olunan nümayəndələrin iştirakı ilə Asiyanın gələcəyi üçün insan kapitalının və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İki gün davam edən tədbirdə iştirakçılar formal təhsil, texniki-peşə təhsili və həyat boyu öyrənmə yolu ilə innovativ texnologiyalardan istifadə məsələləri, Asiya ölkələrində və Avstraliyada insan kapitalının inkişafı istiqamətində görülən işlərlə bağlı təcrübələrini bölüşüb. Qeyd edək ki, Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2013-cü ildən etibarən təşkil olunur. Bu Forumun məqsədi quruma üzv olan beyin mərkəzləri arasında iqtisadi artım və inklüziv inkişaf sahələrində fikir mübadiləsini təmin etməkdir. 2016-cı ildən etibarən Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edir. İİTKM–in nümayəndələri bundan öncə Hindistanda və Şir-Lankada keçirilən forumlarda da müzakirələrə qatılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info