İqtisadi inkişaf naziri Füzulidə vətəndaşları qəbul edib
Tarix: 24.06.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


İqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz Şəhər Mədəniyyət Sarayında Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, Əhmədalılar kənd məktəbinin təmiri, iri heyvandarlıq təsərrüfatlarının yaradılması, taxıl biçinin sürətləndirilməsi məqsədilə sahibkarların kombaynlarla təminatı, içməli su təminatının yaxşılaşdırılması, kanalizasiya sisteminin qurulması, sosial və digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılıb və bir çox məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Sahibkarlarla 3 iri heyvandarlıq müəssisəsinin, arıçılıq təsərrüfatının yaradılması məsələləri də ətraflı müzakirə olunub və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstəriş verilib. Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Füzulidə vətəndaşları qəbul edəcəyi barədə vətəndaşların ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində, həmçinin nazirliyin rəsmi internet saytında qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilməklə müvafiq elanlar verilib. Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir sakinin müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həll olunması üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Masallıda XXV ənənəvi Respublika turnirinə yekun vuruldu
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info