İsmayıllıda 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrılıb
Tarix: 27.08.2018 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Avqustun 27-də Prezident İlham Əliyev “İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Sərəncamda qeyd olunur ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İsmayıllı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş vəsait 74,8 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 75,9 dəfə artıb, Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, Peşə Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 88 mənzilli 3 yaşayış binası inşa edilib, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 110/35/10 kV-luq “İsmayıllı” elektrik yarımstansiyası və ümumi gücü 3,2 MVt olan 2 su elektrik stansiyası istismara verilib, xalçaçılıq müəssisəsi, “Buta-Qrup” MMC-nin aqroparkı və digər iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info