“Rusiya İrana hava hücumundan müdafiə sistemi satacaq”
Tarix: 24.06.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Rusiya C-300 hava hücumundan müdafiə sistemi ilə bağlı İranla yaranmış problemi həll etməyə çalışır. Bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti yazıb.
Xəbərdə bildirilir ki, rəsmi Kreml Tehranı beynəlxalq məhkəmədəki şikayətini geri götürməsi üçün C300-lərin əvəzinə, bu ölkəyə Anti-2500 hava hücumundan müdafiə sistemi təklif etmək niyyətindədir. Məlumatda qeyd olunur ki, bununla bağlı razılığın İran prezidenti Mahmud Əhmədinejadın iyulun əvvəllərində Rusiyaya səfəri çərçivəsində əldə ediləcəyi gözlənilir. Xəbərdə tərəflərin razılığa gələcəkləri təqdirdə, İranın C-300 raketləri ilə əlaqədar açdığı iddianı geri çəkəcəyi və Rusiyanın isə silah satıcısı kimi əvvəlki etibarına və puluna qovuşacağı vurğulanır. Rusiyalı bir mütəxəssis isə Anti-2500 hava hücumundan müdafiə sisteminin əslində C-300 B raketlərinin inkişaf etdirilmiş versiyası olduğunu söyləyib. Qeyd edək ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş C-300 kompleksi 2007-ci ildə imzalanmış müqaviləyə əsasən, Tehrana verilməli idi. Ancaq rəsmi Moskva 2010-cu ildə bu sistemi İrana təslim etməkdən boyun qaçırıb. Bu səbəbdən İran dəyəri 4 milyard dollar olan müqavilə yerinə yetirilmədiyinə görə “Rosoboroneksport” şirkətini beynəlxalq məhkəməyə verib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info