Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətinə dair internet portalı yaradılacaq
Tarix: 27.08.2018 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Beş ay müddətində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı internet portalı yaradılacaq. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncamla, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” də təsdiq edilib. Əsasnamədə qeyd olunur ki, Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.
Biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması üçün, ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsini təmin edəcək rəqabət mühitinin formalaşması, inkişafı və təşviqi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, əlverişli təşviqedici mühit yaradılmasına xidmət edən iqtisadi alətlərin əhatə dairəsini genişləndirməklə biznesin davamlığının möhkəmləndirilməsi barədə, beynəlxalq inteqrasiya prosesinin sürətləndirilməsi və nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması sahəsində, iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək, bundan başqa Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək Komissiyanın vəzifələrindəndir.
Komissiyanın biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatların və elmi müəssisələrin, müxtəlif dövlət qurumlarının və maraqlı tərəflərin nümayəndələrini cəlb etmək və bu istiqamətdə onlarla əməkdaşlıq etmək, sahibkarlıq fəaliyyəti subyektləri və onların nümayəndələri ilə görüşlər keçirmək, belə görüşlərin keçirilməsini təşkil etmək və müzakirələr aparmaq, aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar və altqruplar yaratmaq, onların fəaliyyətini təşkil etmək və əlaqələndirmək, Komissiyanın fəaliyyəti ilə bağlı yerli və xarici ekspertlərin, mütəxəssislərin cəlb edilməsi, habelə müxtəlif tədbirlərin və proqramların həyata keçirilməsi üçün maliyyələşmə ilə əlaqədar aidiyyəti üzrə müraciət etmək hüquqları var.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info