Türk dünyasının ziyalıları ADPU-da
Tarix: 27.08.2018 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə gələn Türk dünyasının tanınmış və nüfuzlu ziyalıları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Türk dünyasının ünlü simalarını rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Qonaqlara ADPU haqqında ətraflı məlumat verən rektor Cəfər Cəfərov bildirib ki, ADPU 1921-ci ildə yaradılıb. ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olub. Fəaliyyəti dövründə 160 mindən çox pedaqoji kadr hazırlayıb. 3 il bundan öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. ADPU-nun 8 fakültəsi, 35 kafedrası, 5 filialı var. Tədris 4 binada aparılır. Ölkəmizin ən böyük orta ixtisas təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi müəyyən edilib. Hazırda ADPU-da təxminən 18 minə yaxın tələbə təhsil alır. ADPU pedaqoji kadr hazırlığının mərkəzi hesab edilir. Universitet ölkəmizin ictimai-siyasi və mədəni həyatında önəmli rol oynayır. Bizim üzərimizə böyük və məsuliyyətli vəzifələr düşür. Qarşıya qoyduğumuz məqsəd və hədəflərə çatmağımızda beynəlxalq əlaqələrimizi genişləndirməyimiz mühüm rol oynayır. ADPU Türkiyənin tanınmış və qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq edir. Belə görüşlər bizim əməkdaşlıq əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayır. Rektor çıxışının sonunda görüşün keçirilməsinə görə qonaqlara təşəkkür edib. Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarları Birliyinin (DGTYB) sədri Əkbər Qoşalı çıxış edərək səmimi və mehriban görüşə görə təşəkkür edib. Qeyd edib ki, görüşdə iştirak edən ziyalılar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əzmlə fəaliyyət göstərirlər. Görüşdə iştirak edən Yakutiya Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm Adamları Birliyinin başqanı Sabit İncə, Qocaeli Şairlər-Yazarlar Dərnəyinin başqanı Alptəkin Cevhərli, Özbəkistanın Gənc Yaradıcılar Birliyinin eksperti, türkoloq Şahina İbrahim və digərləri inteqrasiya və qloballaşma şəraitində Türk xalqlarının sıx əlaqədə olmalarının vacibliyini vurğulayıblar. Görüşdə Türk dünyasının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və birliyi ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, dəyərli mülahizələr səsləndirilib. Sonra qonaqlar ADPU-da fəaliyyət göstərən TÜRKSOY kafedrası ilə tanış olublar. Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, ADPU Türkiyənin bir çox universitetləri ilə uğurlu əməkdaşlıq edir. Universitetdə TÜRKSOY kafedrasının yaradılması da bu istiqamətdə atılan vacib addımlardan biridir. TÜRKSOY kafedrası ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADPU-da yaradılıb. Kafedranın yaradılmasında məqsəd türk xalqları ilə əlaqələri daha da genişləndirməkdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info