“Azərbaycan artıq dünyanın enerji bazarında əhəmiyyətli rol oynamağa başlayıb”
Tarix: 24.06.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


“Hazırda bir çox Çin şirkəti əlverişli biznes mühitindən yararlanaraq Azərbaycanda fəaliyyətini genişləndirir”

Çin Xalq Respublikasının nüfuzlu gündəlik “Global times” (“Huanqiu Shibao”) qəzetində Azərbaycan haqqında iki məqalə dərc edilib. Ölkəmizin Çində daha geniş tanıdılması məqsədi ilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən “Global times” qəzetinin əməkdaşlarının Bakıya səfəri təşkil olunub və həmin yazılar da bu səfərin nəticəsidir. Çinli jurnalistlərin Bakıda olduqları müddətə dövlət qurumlarının təmsilçilərindən aldıqları müsahibələr və şəxsi müşahidələri əsasında hazırladıqları məqalələr Çin ictimaiyyətinin Azərbaycan haqqında bilgilərinin artırılması baxımından əhəmiyyətlidir.

Gündəlik 1,5 milyon nüsxə tirajla çap olunan “Global times” qəzetində dərc edilən “Azərbaycan: Xəzər dənizinin odlar diyarı” başlıqlı məqalədə ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii sərvətləri, müstəqillik illərində keçdiyi inkişaf yolu və qazandığı uğurlar barədə məlumat verilir.
Məqalədə qeyd olunur ki, XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edən ölkənin qarşısında bir çox problemlərin həlli, o cümlədən sabitlik və inkişafın təmin edilməsi vəzifəsi dayanırdı. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün çətinliklərin öhdəsindən gələ bildi, xaosa son qoydu, sabitliyi təmin etdi, əhalinin rifah halı yaxşılaşmağa və iqtisadiyyat inkişaf etməyə başladı. Azərbaycan xalqı məhz buna görə Heydər Əliyevə “ümummilli lider” adı verib.
Azərbaycanın hazırkı iqtisadi uğurlarına toxunan müəlliflər diqqətə çatdırırlar ki, son 10 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə artıb, valyuta ehtiyatları 46 milyard dolları ötüb, yoxsulluq 6 faizə enib. Qeyd olunur ki, Azərbaycan zəngin neft və təbii qaz ehtiyatları ilə artıq dünyanın enerji bazarında əhəmiyyətli rol oynamağa başlayıb. Məqalədə, həmçinin Azərbaycanda, xüsusən Bakıda həyata keçirilən nəhəng tikinti-quruculuq işlərindən, “Alov qüllələri”, “Ağ şəhər”, “Xəzər adaları” və digər layihələrin möhtəşəmliyindən və gözəlliyindən bəhs edilir. Oxuculara 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğu, habelə 2015-ci ildə ilk Avropa Oyunlarına Azərbaycan paytaxtının ev sahibliyi edəcəyi barədə məlumat çatdırılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan müəlliflər münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırırlar.
Azərbaycan-Çin münasibətlərinin tarixinə nəzər yetirən “Global times”ın əməkdaşları yazıda xalqlarımız arasındakı dostluq münasibətlərinin gündən-günə möhkəmləndiyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, hazırda bir çox Çin şirkəti əlverişli biznes mühitindən yararlanaraq Azərbaycanda fəaliyyətini genişləndirir.
“Global times”ın “Alovu min illərlə yanan Azərbaycan” sərlövhəli məqaləsində isə Bakı və Abşeron yarımadasının hələ qədimdən neftlə zəngin olmasından söz açılır. “Yanar dağ”ın möcüzəli yer olduğunu vurğulayan müəlliflər bu torpaqda yaşayan insanların min illər əvvəl oda sitayiş etdiklərini, oda bağlılığın əlamətlərini Bakıda bu gün də görməyin mümkün olduğunu yazırlar. Azərbaycanın “Odlar diyarı” adlandırılmasının təsadüfi olmadığı vurğulanır.
Cavidan





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info