Aqroturizmin təbliği ilə bağlı Lənkəran və Astara rayonlarına infotur təşkil edilib
Tarix: 28.08.2018 | Saat: 14:12:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Aqroturizmin inkişafı üçün məşğulluğun artırılmasına dəstək" layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına təşkil olunmuş iki günlük infotur başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infoturun birinci günü ölkəmizin 8 rayonunu təmsil edən ictimai-fəal gənclər və turizm sahəsində çalışanlar Lənkəran rayonunda Xanbulan gölünə səfər edib, İstisu qəsəbəsindəki çay plantasiyasında çay yığımında iştirak edib, baramaçılıq fəaliyyəti ilə tanış olub, Haftoni qəsəbəsində bambukdan hazırlanan əl işlərinə baxıblar.
İnfoturun ikinci günü isə iştirakçılar Astara rayonunun Miki kəndinə səfər edərək, oradakı arıçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olublar.
Həmin ərazidəki sitrus bağlarına baş çəkdikdən sonra iştirakçılar Ərçivan kəndindəki "Yanar bulaq" və XIX əsrə aid “Ləm”ə baxıb, həmin kənddə yerləşən çəltik dəyirmanının fəaliyyəti ilə maraqlanıblar.
Sonra infotur iştirakçıları Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvarın genişləndirilmiş yeni ərazisi ilə tanış olublar.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd aqroturizm sahəsində əhali arasında maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirməklə bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info