Hindistanda fəlakət qurbanlarının sayı artır
Tarix: 24.06.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Hindistanın şimalında Uttarakhand ştatında torpaq sürüşməsi və daşqın qurbanlarının sayının təqribən 6500 nəfər olacağı ehtimal olunur.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə “əl-Cəzirə” telekanalı xəbər yayıb.

Bundan əvvəl Hindistan KİV-ləri ştatın baş naziri Vicay Bahuqunuya istinadən məlumat vermişdi ki, təbiət hadisəsinin qurbanlarının sayı təxminən min nəfər ola bilər.
Telekanalın məlumatına görə, ştatın hakimiyyəti bazar günü sürüşmə və daşqın qurbanlarının sayının 6500 nəfərədək artacağını güman edir. Ordu əməliyyatı çətinləşdirən sıx duman səbəbindən təxliyyə işlərini dayandırmağa məcbur olub.
Hazırda Uttarakhand və Himaçal-Pradeş ştatlarında körpülərin dağılması və evləri sel aparması səbəbindən təcrid olunmuş vəziyyətdə qalan təqribən 70 min insan artıq xilas edilib. Müxtəlif məlumatlara görə, 22 mindən 50 minədək insan kömək gözləyir. İndiyədək Uttarakhandda 680 meyit tapılıb, onlardan 80-ni yaxınlarına təhvil verilib.
Qeyd edək ki, iyunun 14-dən 17-dək aramsız leysan ştatın əsas çayları-Alaknanda və Bhaqiratinin daşmasına səbəb olub. Uttarakhandda hazırda on minlərlə ziyarətçinin köməksiz vəziyyətdə qaldığı bir neçə mühüm məbəd yerləşir.
Hakimiyyətin hesablamalarına görə, artıq 150 körpü dağılıb. Hindistan ordusu 8 min hərbçi, 3 min sərhədçi və 55 vertolyotun iştirakı ilə tarixi ərzində ən böyük xilasetmə əməliyyatlarından birini aparır. Bundan başqa, yüzlərlə polis əməkdaşı da cəlb olunub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info