“ASAN həyat” komplekslərində əlilliyi olan şəxslərin məşğulluğu təmin olunacaq
Tarix: 28.08.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu nazir Sahil Babayev və Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar. Tədbirdə S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası istiqamətində aparılan işləri diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və DOST mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, bu xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək. Nazir qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində “ASAN xidmət”lə təcrübə mübadiləsinə xüsusi önəm verilir. S.Babayev sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün “ASAN xidmət”lə birgə “Yaşlı könüllülər” layihəsinin həyata keçiriləcəyini də vurğulayıb. O, hazırda imzalanan Memorandumun bu istiqamətlərdə, eləcə də müvafiq fəaliyyət sahələri üzrə könüllülük fəaliyyətinin təşkili və s. sahələrdə birgə fəaliyyətə, fəal əməkdaşlığa geniş imkanlar yaratdığını vurğulayıb.
Ü.Mehdiyev bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayının 24 milyona çatdığını və vətəndaş məmnunluğunun 98-100% arasında dəyişdiyini vurğulayıb. O, çıxışında bildirib ki, imzalanan memorandum sosialyönümlü layihələrinin icrasında birgə əməkdaşlığa xüsusi töhfə verəcək. Memoranduma əsasən sağlamlıq imkanları məhdud gənclərin “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, “ASAN həyat” komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Həmçinin sosial xidmət müəssisələrində yaşayan insanların əmək bazarına qaytarılması, onların əməyinin stimullaşdırılması və digər sahələrdə əməkdaşlığın vacibliyi xüsusi qeyd olunub. Ü.Mehdiyev vurğulayıb ki, sağlamlıq imkanları məhdud gənclərin könüllülük fəaliyyətində iştirakına şərait yaradılması da birgə əməkdaşlığın əsas istiqamətlərindən olacaq.
Qeyd edək ki, Memorandum DOST Agentliyi və DOST mərkəzləri üzrə infrastrukturun qurulması, kadr hazırlığı, İKT həllərinin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.
Memorandum, eyni zamanda,sağlamlıq imkanları məhdud gənclərin əməyinin maddi və mənəvi stimullaşdırılması üçün könüllülük fəaliyyətinə cəlb olunması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq mövzularda təbliğat-maarifləndirmə məqsədilə “ASAN” radionun imkanlarından istifadə edilməsi və s. üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info