Türkiyə Şimali Kiprdə hərbi baza yaradır
Tarix: 28.08.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Rəsmi Ankara Şimalı Kiprdəki Keçidqala aviabazasının fəaliyyətini də bərpa etmək niyyətindədir

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir. Türkiyə ilə ABŞ heyətləri F-35 döyüş təyyarələri, Rusiyadan alınacaq S-400 hava hücumundan müdafiə sistemləri və PKK terror təşkilatı ilə mübarizə kimi mövzuları müzakirə edirlər. Türkiyə heyətinə Osman Aşkın Bak, ABŞ heyətinə isə Mişel R.Törner başçılıq edir. TRT xəbər verir ki, ABŞ nümayəndə heyəti rəsmi rəsmi Ankaraya ABŞ-ın Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyini çatdırıb. Konqresmenlər bildirib ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaqdan imtina edərsə, ABŞ F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyduğu qadağanı aradan qaldıra bilər. Türkiyə rəsmiləri isə ABŞ Konqresi nümayəndələrinə tutduqları səhv mövqedən çəkinməyi dilə gətiriblər. Bundan başqa, Türkiyə heyəti PKK terror təşkilatı ilə mübarizədə ABŞ-ın öz öhdəliklərini yerinə yetirmədiyini, daha çox terrorçularla əməkdaşlıq etdiyini, FETÖ təşkilatının başçısını təhvil vermədiyini və “İŞİD”lə mübarizədə birlik nümayiş etdirmədiyini diqqətə çatdırıblar. Dünən Vilnusda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəzi açıqlamalar verib. O, ABŞ nümayəndə heyətinin tələblərini də dəyərləndirib: “Hava məkanımızı qorumaq məcburidir. Bunu başa düşmələri lazımdır. ABŞ bizə “Patriot” raketlərini sata biləcəyinin təminatını verirmi? “F-35” qırıcılarının istehsalı məsələsində ortaqlardan biriyik, bəzi hissələr Türkiyədə istehsal edilir. Beynəlxalq hüquq deyilən bir şey var, kovboy filmlərində olduğu kimi, “istədiyimi edirəm” deyərlərsə, bunun qarşılığı olacaq. Bunu özlərinə də söyləmişik. Rusiya ilə münasibətlərimiz Avropa İttifaqı və ya ABŞ-la münasibətlərimizə alternativ deyil. Türkiyə xarici siyasəti balansı qoruyur”. Vaşinqtonun İrana tətbiq etdiyi sanksiyalarla bağlı sualı nazir belə cavablandırıb: “Bir ölkənin başqa bir ölkəyə münasibətdə ədalətsiz qərarlarına qoşulmağa məcbur deyilik”. Bu arada Türkiyənin müdafiə naziri Hulusi Akarla ABŞ-ın müdafiə naziri Ceyms Mattis arasında telefon danışığı olub. Görüşdə iki ölkə arasındakı müdafiə sahəsindəki əlaqələr, Suriya və terrorla mübarizə mövzularında fikir mübadiləsi aparılıb. Pentaqon sanksiyalara baxmayaraq Türkiyə ilə münasibətlərini, birgə planlanan əməliyyatları davam etdirir. Telefon danışığı ilə eyni gündə Türkiyə Silahlı Qüvvətlərinin Suriyanın Menbic və Tel Rifat bölgəsinə hərbi qüvvə toplamaqda davam etdiyi müşahidə edilib. Kilis vilayətinin sərhəd xəttindən Suriyanın şimal ərazisinə hərbi texnika və hərbçi cəlb olunur. Hərbi personal və texnika daşıyan yük maşınları Öncüpınar və Çobanbey sərhəd qapılarından keçərək Tel Rifat və Menbic istiqamətindǝ irǝlilǝyirlǝr. Türkiyənin “Yeni Şəfəq” nəşrinin yaydığı məlumat bi anda dünya xəbər portallarında geniş yayılan məlumata çevrilib. Rusiya mediasının da geniş yer verdiyi həmin məlumatda qeyd edilir ki, Türkiyə təcili şəkildə Şimali Kiprdə hərbi-dəniz bazası yaratmağa hazırlaşırlar. Qeyd edilir ki, bu baza Türkiyənin Aralıq dənizindəki maraqlarını qorumaq üçün vacibdir. Nəşr bu məlumatı Türkiyə rəsmi mənbələrinə istinadən yayıb. Rəsmi Ankara Şimalı Kiprdəki Keçidqala aviabazasının fəaliyyətini də bərpa etmək niyyətindədir. Türkiyə hərbi qüvvələri əvvəllər həmin bazadan istifadə edirdilər. Son vaxtlar Yunanıstanla münasibətlərdə yaranan gərginliklər, FETÖ üzvlərinin-çevrilişə cəhddə iştirak edərək yunan tərəfinə qaçan hərbçilərin Türkiyəyə qaytarılmayaraq Afina tərəfindən qoruma altına alınması, dənizdə hərbi gəmilərin tez-tez üz-üzə gəlməsi kimi amillər Ankaranı Şimalı Kiprdəki keçmiş bazanı bərpa etmək və daha birini yaratmaq məcburiyyətində qoyub. Bu addım təbii ki Yunanıstan tərəfindən böyük narazılıqla qarşılanacaq. Ankara bundan Afinaya təzyiq elementi kimi istifadə edə bilər.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info