“Merkelin səfəri zamanı ən iri iqtisadi saziş Azərbaycanla bağlandı”
Tarix: 28.08.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Tarix üzrə fəlsəfə doktoru, “Palitra” qəzetinin baş redaktoru

Almaniyanın Cənubi Qafqaz regionuna olan siyasi marağının tarixi ötən əsrə gedib çıxır. XX əsrin əvvəllərində tarix səhnəsində aparıcı rol oynamaq iddiasında olan Almaniya müstəqillik qazanmış Gürcüstan və Azərbaycanla əlaqələrin güclənməsində çox maraqlı idi. Lakin o dövrdə baş verən iki Dünya müharibəsində Almaniyanın məğlubiyyəti bu dövlətin öz geosiyasi planlarını həyata keçirməsinə uzun müddət imkan vermədi. İndi isə zaman dəyişib, artıq ABŞ-ın hakim olduğu birqütblü dünya yoxdur. Hərbi cəhətdən güclənən Rusiya, dünyanın ikinci iqtisadiyyatı olan Çin birqütblü dünya dövrünün artıq keçmişdə qaldığını iddia edirlər. ABŞ ilə münasibətlərində soyuqluğu hiss edən Avropa İttifaqı dövlətləri, xüsusilə də Almaniya yeni dünya düzənində əlverişli mövqe tutmaq arzusundadır. Bu baxımdan, kansler Merkelin Cənubi Qafqaz səfərinə çıxmasını təsadüfi hesab etmək olmaz. Xanım Merkel yaxşı bilir ki, səfərə çıxdığı regionun iqtisadi cəhətdən ən qüdrətli dövləti Azərbaycandır. Avropanın enerji təminatında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin müəllifi Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevdir. Almaniyanın regionda ən böyük və ən vacib ticarət tərəfdaşının Azərbaycan olduğunu kansler xüsusi vurğuladı. Cənubi Qafqaz iqisadiyyatının 80 faizinə yaxını Azərbaycanda cəmləşib, regionun sırf Almaniya ilə ümumi ticarətində bizim dövlətimizin payı isə 70 faizə yaxındır.Buna görə də, fikrimizcə, Gürcüstan və Ermənistana münasibətdə Almaniyanın siyasi maraqları öndə idisə, Azərbaycana münasibətdə həm siyasi, həm də iqtisadi maraqlarının olduğu özünü büruzə verirdi. Təsadüfi deyil ki, region ölkələri arasında dəyəri milyardlarla dollarla ölçülən ən iri iqtisadi saziş Azərbaycanla bağlandı. Almaniyanın “Uniper SE” şirkəti və SOCAR neft-qaz istehsalı sahəsindəki layihələrdə birgə çalışacaqlar.
Kansler Merkelin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına münasibəti də bizim mövqemizlə üst-üstə düşür. Merkel Bakıda bəyan etdi ki, bu münaqişə BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll edilməlidir.Təsadüfi deyil ki, erməni siyasətçiləri də münaqişənin həllinə bu cür yanaşmanın Azərbaycan üçün sərfəli olduğunu etiraf edirlər. Azərbaycanın siyasi və iqtisadi çəkisinin ağır olmasının nəticəsi idi ki, Dağlıq Qarabağa səfər etmiş alman depuatatın nümayəndə heyətinin tərkibində Azərbaycana girişinə icazə verilmədi. Bu həm də dövlətimizin, o cümlədən Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial və sərt mövqe tutmasının göstəricisi idi.
Xanım Merkelin çıxışında Azərbaycanın mühüm geosiyasi mövqeyini vurğulaması da səfərin maraqlı məqamlarından biri idi. Şübhəsiz ki, Almaniya rəhbərliyi Azərbaycanın geostrateji ərazidə yerləşməsini, ölkənin geosiyasi baxımdan əhəmiyyətini yaxşı bilir. Ona görə də Azərbaycandakı bir neçə nəfər vətəndaş cəmiyyəti fəalının Merkellə görüşdə dövlətimizin əleyhinə açıqlamalar verməsinin heç bir əhəmiyyəti yoxdur. Almaniya öz siyasətini yeni dünya düzəninin tələbləri üzərində qurur. Yeni dünya düzəni də Avropa İttifaqının, o cümlədən Almaniyanın regionda Azərbaycanla, hər iki tərəfin maraqlarına uyğun bərabərhüquqlu, ikili standartlardan uzaq, şəffaf, daxili işlərə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmasını tələb edir.





 
Müəllifin son yazıları

30.10.2018 “Daha sərt qanunlar saytlarda yol verilən təhqir və şantajların qarşısını ala bilər”
26.10.2018 “Regiondakı geosiyasi vəziyyət Ermənistanın xeyrinə deyil”
18.07.2018 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info