“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılır
Tarix: 28.08.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirak ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər.
Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara dəstək verəcəklər. “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin üzvləri, həmçinin gələcək fəaliyyətləri ilə bağlı qətnamə imzalayıblar. Qətnamədə gənclərin birliyi və qarşılıqlı əlaqələrini təmin edəcək bir təşkilatın yaradılması alqışlanır. Bildirilir ki, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür.
Qətnamədə deyilir: “Düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək”. Beləliklə, I Yay Düşərgəsi müxtəlif istiqamətlərdə maraqlı çıxışlarla yaddaşlara həkk olunmaqla yanaşı, azərbaycanlıların təşkilatlanması, daha sıx birləşməsi, dünyada Azərbaycan diaspor hərəkatının gücləndirilməsi, xaricdə yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, diaspor hərəkatının gəncləşdirilməsi və s. istiqamətlərdə uğurlu nəticələrlə də xarakterizə olunur. Bu baxımdan da, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılması alqışlanır və qeyd edilən uğurların bir tərkib hissəsi olaraq dəstəklənir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Prezident İlham Əliyev: Bünövrəsi “Əkinçi“ ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22.07.2019
1990-cı il 22 iyul: Qurtuluşa aparan yolun, özünəqayıdışın başlanğıc günüdür
21.07.2019
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info