İİV-lə mübarizədə profilaktik tədbirlərə ictimai dəstək verilir
Tarix: 28.08.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi “İİV-dən özünü qoru!” devizi ilə məktəblilər arasında İİV virusuna yoluxma yollarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində yeniyetmələr və gənclərlə görüşünü avqustun 27-də Xəzər rayon Gənclər Evində keçirdi. Tədbirdə Xəzər rayon gənclər və idman idarəsinin rəhbərliyi, həmçinin layihənin ekspertləri iştirak etdi. Layihənin rəhbəri Zülfiyyə Mustafayeva tədbirin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirildiyini vurgulayaraq, Şuraya dəstək üçün təşəkkürünü bildirdi.
Z.Mustafayeva daha sonra bildirdi ki, layihənin məqsədi Bakı şəhərində məktəblilər, yeniyetmələr arasında insanın immumçatışmazlıgı virusunun (İİV) yaratdıgı həyati təhlükələrə, bu viruslara yoluxma yollarına dair maarifləndirmə tədbirlərini həyata keçirmək yolu ilə İİV virusunun profilaktikasına ictimai dəstək vermək, valideynlərin ictimai savadlılıq səviyyəsini yüksəltməyə yardım etməkdir.
“Bilirsiniz ki, insanın immunçatışmazlığı virusu (İİV) dünyada sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun məlumatına görə, təkcə 2016-cı ildə 160 min yeni yoluхma halı aşkar edilib. Azərbaycan dövləti son illərdə virusla mübarizədə profilaktika işlərinin gücləndirilməsinə qərar verib. Çünki əhalinin həssas qrupları arasında yalnız profilaktika yolu ilə virusa qarşı mükəmməl cavab tədbirlərini təşkil etmək olar. Ölkə əhalisinin ən böyük həssas qrupu isə yeniyetmələr və gənclərdən ibarətdir” – deyə, layihə rəhbəri əlavə edib.
Layihənin eksperti Rəşad Rəhimov isə qeyd edib ki, İİV problemi ciddi olduğu üçün ona qarşı profilaktikanın gücləndirilməsinə ictimai yolla dəstək verilməsi vacibdir: “Məncə, bu işdə məktəblərlə yanaşı, valideynlərin də dəstəyinə nail olmaq lazımdır. Çünki məktəblə əməkdaşlıq etməyən valideynlər İİV-lə baglı informasiyanı övladına çatdırmaqda çətinliklə üzləşirlər: bu da hamıya yaxşı tanış olan “böyük-kiçik” pərdəsidir”.
Layihənin digər eksperti Samirə Vəliyeva hazırda İİV-lə baglı mövcud vəziyyətə dair fikirlərini bölüşüb. Həmçinin İİV, yoluxma və qorunmaq yolları barədə ətraflı məlumat verib. Sonda layihə rəhbəri və ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Layihə üzrə tədbirlər davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info