Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Tarix: 28.08.2018 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Avqustun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərlə görüşüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Görüşdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər. Məcburi köçkünlər komitə nümayəndələrinə mənzil, kommunal xidmətlər, status, işəgötürmə ilə bağlı müraciət ediblər. Məlumat verilib ki, məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır, onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı tapşırıqlar verir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramı uğurla icra edilir. Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info