Bakıda qadınların əl işlərindən ibarət satış sərgisi keçirilib
Tarix: 28.08.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Bakıda “Əl əməyi, göz nuru” adlı qadınların əl işlərindən ibarət satış sərgisi keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə keçirilən tədbirdə əl işləri ilə yanaşı, sahibkar qadınlara məxsus müəssisələrdə istehsal olunan məhsullar da nümayiş olunub. Açılış mərasimində dövlət qurumları, səfirliklər, gənclər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. AQSİA-nın sədri Səkinə Babayeva qeyd edib ki, sərginin keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən 100-dən çox qadın sahibkarın fəaliyyətinə dəstək olmaqdır. Prezident İlham Əliyevin sahibkarlığın inkişafına böyük diqqəti və qayğısı sayəsində ölkədə özəl sektor ilbəil inkişaf edir. Birinci vitse-Prezident Mehriban Əliyevanın qadınların cəmiyyətdə rolunun artırılması, hərtərəfli inkişafı istiqamətində fəaliyyətləri bütün sahələrdə olduğu kimi Azərbaycan xanımlarının sahibkarlıqda da öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaradır. Qeyd olunub ki, milli, mənəvi zənginliyimizi təbliğ edəcək əl işlərinin və müxtəlif istehsal məhsullarının satış sərgisi bir il ərzində “Aqro Mall” ticarət mərkəzində sahibkar xanımların ixtiyarında olacaq. Mərkəzin direktor müavini Aydın Nəsirov çıxış edərək bu səpgidə həyata keçirilən layihələrlə qadın sahibkarlığının təşviq olunması və dəstəklənməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirib. Daha sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Moldova səfirliyinin nümayəndəsi Alla Leuqa, Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Ənvər Qurbanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, sahibkar qadınlara uğurlar arzu ediblər. AQSİA ilə “Aqro Mall” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, bir il müddətində qadınların əl işlərinin burada satış sərgisi təşkil olunacaq. Sonra xarici turistlərin də iştirakı ilə sərgiyə baxış keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info