UEFA ötən mövsümün ən yaxşı qolunu açıqlayıb
Tarix: 28.08.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


UEFA ötən mövsüm ərzində vurulan ən yaxşı qolların müəlliflərini açıqlayıb. UEFA-nın saytı xəbər verir ki, ötən mövsüm “Real Madrid”in formasını geyən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun turnirin yarımfinal mərhələsi çərçivəsində ilk görüşdə hazırkı komandası “Yuventus”un qapısına “qayçı” zərbəsi ilə vurduğu top ən yaxşı qol elan edilib. Bu qol sorğuda iştirak edən 346 min 915 nəfərdən 197 min 496-sının səsini toplayıb. Mövsümün ikinci ən yaxşı qolunun müəllifi Fransanın “Marsel” komandasının yarımmüdafiəçisi Dmitri Payet olub. UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmasında “Marsel”in Almaniyanın “Leypsiq” klubunu 5:2 hesabı ilə məğlub etdiyi oyunda D.Payetin vurduğu qol 35 min 558 səs toplayıb.
Üçüncü ən yaxşı qol isə Litvada keçirilən 17 yaşadək qadınlar arasında Avropa çempionatının finalında İspaniya yığmasının üzvü Eva Navarronun Almaniya millisinin qapısına vurduğu top seçilib. Bu qol 23 min 315 nəfərin səsini alıb.
UEFA-nın texniki komitəsi mövsümün ən yaxşı qolunu son 12 ay ərzində qitənin ali futbol qurumunun bayrağı altında keçirilən bütün turnirlərdə vurulan qollar arasından seçir. Komitə builki qalibi 11 namizədin arasından müəyyənləşdirib.
Xatıradaq ki, 2017-ci ildə “Yuventus”un xorvatiyalı hücumçusu Mario Mandzukiçin “Real Madrid”in qapısına vurduğu top ən yaxşı qol hesab edilmişdi. 2015-ci və 2016-cı illərdə isə bu nominasiyada qalib adına müvafiq olaraq “Bavariya”nın və “Roma”nın qapısından keçirdiyi qollara görə Lionel Messi layiq görülmüşdü.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info