Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır
Tarix: 28.08.2018 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq cəbhəyanı bölgədə yerləşən Tərtər rayonunun 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, layihə 5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir. “Azərsu” ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb. Layihəyə əsasən, sakinləri içməli su ilə təmin etmək üçün hər kənddə bir subartezian quyusu olmaqla 4 quyunun qazılması nəzərdə tutulub. Eyni zamanda, kəndlərdə 22 kilometr uzunluğunda magistral su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 106 ədəd su bulağının tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində bu kəndlərdə 2 subartezian quyusu qazılıb, 18 kilometr su xətti çəkilib, 90 ədəd bulaq quraşdırılıb. Artıq Mamırlı və Poladlı kəndlərində layihənin icrası yekunlaşıb, digər kəndlərdə yeni infrastrukturun yaradılması işləri cari ilin sentyabr ayının sonunda tam başa çatdırılacaq. Qeyd edək ki, müvafiq Sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulur. Eyni zamanda, dövlət investisiya layihələri çərçivəsində 8 rayonunun 16 yaşayış məntəqəsində su layihələri icra edilir. Ümumilikdə cari ildə 21 rayonun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Artıq 10-a yaxın kənddə layihələrin icrası başa çatıb və 15 minədək kənd sakininin içməli su problemi həllini tapıb.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info