“Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi”
Tarix: 28.08.2018 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Avqustun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri və AMEA-nın ekspertləri, gənclər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev əvvəlcə Fondun fəaliyyət istiqamətlərindən danışıb və ailə dəyərlərinin əhəmiyyətindən, müasir dövrdə Azərbaycan ailəsinin qarşılaşdığı problemlərdən bəhs edib. O bildirib ki, insanların ailədə qazandığı dəyərlər sistemi cəmiyyətdə müsbət və mənfi təsirini göstərir. C.Əliyev əlavə edib ki, ölkəmizdə ailə institutuna strateji baxımından böyük önəm verilir. Yeni nəslin mənəviyyatlı yetişməsində ailənin böyük önəmi olduğunu deyən Fondun icraçı direktorunun müavini vurğulayıb ki, ailə cəmiyyətdə kiçik dövlət funksiyasını daşıyır.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə münasibətlərinin hüquqi tənzimlənməsi” mövzusunda çıxış edib. Bildirib ki, ailə qanunvericiliyinin əsas məqsədi ailənin möhkəmliyinin təmin edilməsidir. Onun sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, ailə münasibətləri məhəbbət, qarşılıqlı hörmət əsasında qurulmalı və ailə üzvlərinin hüquqları maneəsiz təmin olunmalıdır. T.İbrahimova təəssüflə bildirib ki, ancaq Azərbaycanda ailələrin böyük əksəriyyəti kənar müdaxilələr əsasında qurulur.
AQİPDK-nın şöbə müdiri onu da deyib ki, nikahsız qurulan ailələrdə problemlər ortaya çıxan zaman qadınlar hüquqi yardım ala bilmirlər, çünki hüquqi nikah yoxdur. Burada diqqətli olmaq lazımdır, rəsmi nikah olmadan ailə qurmaq düzgün deyil.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “Ailə və din” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan ailəsində İslami dəyərlər özünü daim göstərib. M.İsmayılovun sözlərinə görə, VII əsrdə İslam dininin yaranması əksər millətlərin milli dəyərlərinə təsir etdi. Məsələn, İslamın yayılmasından sonra ərəb cəmiyyətində qadın hüquqları tanınmağa başlandı. İslama qədərki dövrdə qadına heç bir hüquq verilmirdi. Fond rəhbəri onu da deyib ki, ailə maddi qazanclar və ehtiyaclar üstündə qurula bilməz. Ailə kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlovanın “Qloballaşma və ailə”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqovanın “Ailənin psixoloji iqlimi” və AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanovun “Azərbaycan ailəsində gender bərabərliyi” mövzularında məruzələri dinlənilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info