BP və tərəfdaşları növbəti dəfə “Gələcəyini Qur” layihəsini reallaşdıracaq
Tarix: 28.08.2018 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


BP və tərəfdaşları gələn il “Gələcəyini Qur” layihəsinin üçüncü mərhələsini həyata keçirəcək. AZƏRTAC xəbər verir ki, avqustun 28-də BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, “Petronas”, “Chevron”, “LUKoil”, “NICO”, “Equinor”, “Inpex”, “ExxonMobil”, SGC, “Itochu”, “ONGC”, “Total” və “Eni” “Gələcəyini Qur” layihəsinin 85 iştirakçısının bu il universitetlərə qəbul olmasını qeyd ediblər. Bu layihə BP və tərəfdaşlarının onların əməliyyatlarının qonşuluğunda yaşayan icmalarda davamlı inkişaf imkanları yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına şərait yaratmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri, eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan orta təhsilli gənclər daxildir.
Bu vaxtadək layihə iki mərhələdə (2017-ci və 2018-ci illər) həyata keçirilib və Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında yaşayan bir sıra icmaları əhatə edib. Layihə 2017-ci ildə Qaradağ rayonundakı icmalarla başlayıb və növbəti ildə onun əhatə zonası genişlənərək BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə dörd rayonu da əhatə edib. Bununla yanaşı layihəyə fiziki imkanları məhdud olan gənclərin də qoşulmasına imkan verən yeni elementlər əlavə olunub.
Layihənin iki mərhələsində ümumilikdə 121 nəfər iştirak edib və bunlardan da 110 nəfəri, ümumilikdə iştirakçıların 91 faizi, ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıb. Əvvəlki iki mərhələnin uğurlu nəticələrinə əsaslanaraq 2019-cu ildə layihənin üçüncü mərhələsini həyata keçirmək qərara alınıb. Layihə üzrə proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.

“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu gün layihəmizin uğurlu iştirakçıları üçün həyəcanlı bir gündür. Biz təhsil, bilik və inkişafa aparan uzun bir yolun başlanğıcında bu həyəcanı onlarla birgə yaşamaqdan məmnunuq və onların universitet tələbəsi olmaq məqsədlərinə doğru ilk uğurlu addım atmasına dəstək olmaqdan qürur duyuruq. Layihənin builki nəticələri həqiqətən də çox sevindiricidir. Belə ki, 2 nəfər layihə iştirakçısı 650-dən yuxarı, 17 nəfər isə 500-dən yuxarı bal toplayıb. Uğurlu iştirakçılar arasında fiziki imkanları məhdud olan 2 gəncin olması isə bizim üçün xüsusilə sevindiricidir. Ümid edirik ki, onların universitet təhsili də bizim layihədəki kimi uğurlu olacaq”.
Layihənin iki mərhələsinin birlikdə ümumi dəyəri 463 min 752 manat (birinci mərhələ 61 min 608 manat və ikinci mərhələ isə 402 min 144 manat) təşkil edib və hər bir mərhələnin müddəti 15 aydır. Layihənin icraçısı “Legacy CSR Consulting and Management LLC” şirkətidir. Qeyd edək ki, ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu ilin ilk yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2,3 milyon dollar xərcləyib.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir”
18.12.2018
Əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var
18.12.2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
18.12.2018
Azərbaycan on bir ayda ən çox İtaliya, Türkiyə və İsrailə məhsul ixrac edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info