Ordubad rayonunda tikinti-quruculuq işləri davam etdirilir
Tarix: 29.08.2018 | Saat: 12:40:00 | E-mail | Çapa göndər



Ordubad rayonunda quruculuq işləri sürətlə davam etdirilir. Rayon mərkəzində bir neçə aydır ki, icra hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, eləcə də 24 mənzilli yaşayış binalarında yenidənqurma işləri aparılır.

Rayon icra hakimiyyətinin yerləşəcəyi binada qapı və pəncərələrin, çardağın, daxili arakəsmələrin yenilənməsi işləri həyata keçirilir. İnşaatçılar gördükləri işin keyfiyyətli olmasını diqqət mərkəzində saxlayır, binanın vaxtında təhvil verilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edirlər.
Səməd Vurğun küçəsindəki Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası da yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya Holdinq”in inşaatçılarının çalışdığı bu binada çardaq örtüyü yenilənib, pəncərələr daha keyfiyyətliləri ilə əvəzlənib.
Ordubad şəhərinin “İstanbul” küçəsində “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən 24 mənzilli 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Binanın çardağı, pəncərə və qapıları yenilənib, fasada suvaq vurulub. Hazırda binanın ətrafında abadlıq işləri aparılır.
Rayonun Dəstə kəndində də kompleks quruculuq işləri aparılır. Bir neçə aydır ki, kənddə yeni məktəb, kənd və xidmət mərkəzləri və həkim ambulatoriyası üçün yeni binalar inşa edilir. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ordubad Rayon İdarəsinin inşaatçılarına həvalə olunub. Qısa müddət ərzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəb binasında tikinti işləri başa çatdırılıb.
Məktəb binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı və geniş sinif otaqları, 2 elektron lövhəli, 2 kompüter, şahmat sinifləri, hərbi kabinə, idman zalı, zəngin kitab fondu olan kitabxana, kimya, biologiya, fizika laboratoriyaları veriləcək.
Kənddə 2 mərtəbədən ibarət həkim ambulatoriyası üçün də yeni bina tikilir. Bu obyektdə fasad və binadaxili suvaq işləri görülür.
İki mərtəbədən ibarət kənd mərkəzində yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün normal iş şəraiti yaradılacaq.
Bir mərtəbədən ibarət xidmət mərkəzində sakinlərə ticarət və müxtəlif sahələr üzrə xidmətlər göstəriləcək.
Kompleks quruculuq tədbirləri çərçivəsində 15 kilometrlik kəndarası yollarda yenidənqurma işləri aparılır. Torpaqbərkitmə tədbirləri görülür, suayırıcılar inşa olunur. Bu tədbiri isə Culfa rayonunun yol inşaatçıları həyata keçirirlər.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info