Azərbaycan icması Hyustonda yerli sinaqoqa kömək edib
Tarix: 29.08.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


İsraildə çıxan “Haaretz” qəzetində “Harvi qasırğasından bir il sonra Hyustonun yəhudi icması hələ də sarsıntı içindədir” sərlövhəli məqalə dərc edilib. Məqalədə 2017-ci ildə Hyuston şəhərinin məruz qaldığı faciəli təbii fəlakətin nəticələrindən, şəhərin yəhudi icmasının üzləşdiyi çətinliklərdən və onlara kənardan göstərilən maliyyə yardımından, o cümlədən İsraildən və Hyustonun Azərbaycan icmasından daxil olmuş ianələrdən bəhs edilir. Qeyd olunur ki, Harvi qasırğası bu şəhərin yəhudi icmasının üzvlərinə məxsus 2 minə yaxın evi yerlə-yeksan edib. Müəlliflər yazırlar ki, İsrail tarixində ilk dəfə bu dövlətin hökuməti ABŞ-dakı hər hansı icmanın üzləşdiyi fəlakətə görə ona 1 milyon dollar yardım ayırıb. Maliyyə yardımı Hyustondakı beş yəhudi təşkilatına göndərilib. Məqalədə daha sonra qeyd olunur ki, Hyustonun mühafizəkar mövqeli Bet Yeşurun sinaqoquna 2 minə yaxın üzvü olan Azərbaycan icmasından 30.000 dollar məbləğində ianə verilməsi böyük heyrət doğurub. Məqalənin müəllifləri Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşüb bu sinaqoqa maliyyə yardımı barədə söhbət ediblər. İ.Axundova vurğulayıb ki, “bu sinaqoq insanlar üçün çox yaxşı işlər görüb”. O daha sonra bildirib ki, başçılıq etdiyi təşkilat gələn ilə kimi sinaqoqla birgə konsert təşkil etməyi planlaşdırır. Bu konsert sülh və həmrəylik rəmzi olacaq. Xatırladaq ki, keçən il avqustun 26-da Hyustonu öz cənginə almış, dördüncü kateqoriyaya adi edilən Harvi tropik qasırğası 2005-ci ildə baş vermiş Katrin qasırğasından sonra Meksika körfəzində ən güclü qasırğa hesab edilir. Qasırğanı müşayiət edən leysan yağışları Texasın cənub-şərq hissəsində fəlakətli daşqınlara səbəb olub. Nəticədə minlərlə ev dağılıb, 83 nəfər həlak olub, Texas ştatının iqtisadiyyatına ciddi ziyan vurulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info