Yeniyetmələrin İİV virusu ilə baglı maarifləndirilməsində valideynlərin rolu əhəmiyyətlidir
Tarix: 29.08.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Ölkəmizdə İİV-ə qarşı strateji mübarizəni təşkil edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) açıqlamasına görə, İİV-in yayılmasının əsas səbəbi ondan ibarətdir ki, хəstələrin 51%-i artıq хəstəliyin gecikmiş mərhələlərində aşkarlanır. Bu da virusun geniş yayılmasına səbəb olmaqla yanaşı, aşkara çıхarılan хəstələrdə də müalicənin effektivliyini azaldır. Statistika göstərir ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 437 nəfərdə təsdiqlənib. Ümumilikdə 2017-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5549 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır”. Bu məlumatı verən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin layihə rəhbəri Zülfiyyə Mustafayevanın sözlərinə görə, bu hazırda dünyada hər bir dəqiqədə orta hesabda 20 uşaq İİV-ə yoluхur. Qeyd edək ki, “İİV-dən özünü qoru!” devizi ilə məktəblilər arasında İİV virusuna yoluxma yollarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirilir. Avqustun 28-də Binə qəsəbəsində Mədəniyyət Mərkəzində yeniyetmələr və onların valideynləri ilər keçirlən görüşdə layihə rəhbəri dəstək üçün Şuraya təşəkkürünü bildirdi. Tədbirdə Xəzər rayon gənclər və idman idarəsinin rəhbərliyi, həmçinin layihənin ekspertləri iştirak etdi. Layihənin rəhbəri Zülfiyyə Mustafayeva onu da əlavə etdi ki, İİV-lə maarifləndirmədə ailənin, valideynlərin rolu çox əhəmiyyətlidir: “Məhz buna görə bizim görüşdə valideynlərin iştirakını yüksək qiymətləndiririk. Deməli, bizim söylədiklərimiz evlərə, ailələrə də çatacaq”. Qeyd edək ki, layihənin məqsədi Bakı şəhərində məktəblilər, yeniyetmələr arasında insanın immumçatışmazlıgı virusunun (İİV) yaratdıgı həyati təhlükələrə, bu viruslara yoluxma yollarına dair maarifləndirmə tədbirlərini həyata keçirmək yolu ilə İİV virusunun profilaktikasına ictimai dəstək vermək, valideynlərin ictimai savadlılıq səviyyəsini yüksəltməyə yardım etməkdir. Layihənin eksperti Rəşad Rəhimov valideynlərin rolundan danışarkən qeyd edib ki, valideynlərin savadlılıq səviyyəsinin artması onların səhiyyə ocaqları ilə təmasını daha da gücləndirə bilər: “Müşahidələr göstərir ki, bu İİV-lə baglı informasiya evdə qapalı şəkildə qarşılanır və valideynlər hər vasitə ilə belə mövzuların ev mühitində açılmasına müqavimət göstərirlər”. Layihənin digər eksperti Samirə Vəliyeva İİV-ə vaxtında müayinə olunmanın üstünlükləri və müalicənin effektivliyindən danışıb. Həmçinin İİV virusuna yoluxma və qorunmaq yolları barədə ətraflı məlumat verib. Sonda layihə rəhbəri və ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Layihə üzrə tədbirlər davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır
21.09.2018
İmmuniteti gücləndirən qidalar
21.09.2018
Yunanıstanda “Qərbi Nil“ qızdırması yayılıb
18.09.2018
Püstə yeyin ki, stresdən uzaq olasınız
15.09.2018
Yeməkdən əvvəl su içmək xəstəlikləri azaldır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info