Xəzərə dair Konvensiya diplomatiyamızın növbəti uğuru oldu
Tarix: 29.08.2018 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Bu il 12 avqustda, Azərbaycan da daxil olmaqla, 5 qonşu ölkənin gələcək əməkdaşlıq prespektivlərinə mane olan ciddi bir konflikt mənbəyi aradan qaldırıldı. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya qəbul olundu və bir sıra mühüm sənədlər imzalandı. 300 illik mövcudluğu olan və qarşılıqlı münasibətlərində gərginliyi səngiməyə qoymayan, dünya çapında strateji əhəmiyyətə malik olan bir məsələ iştirakçı ölkələrin razılığıyla əməkdaşlıq sazişinə çevrildi. İlk növbədə, bu razılaşmanın illərlə aparılan danışıqların nəticəsi olmasını vurğulamaq yerinə düşərdi. Dağlıq Qarabağın işğalından sonra yurd-yuvalarına qayıtmaq arzusuyla yaşayan didərgin vətəndaşlar üçün Xəzərin hüquqi statusuyla bağlı razılaşma bir ümid çırağıdır. Bu razılaşma göstərdi ki, Azərbaycan diplomatıyası uzun illər konstruktiv danışıqlar apara bilir və qonşularıyla münasibətlərdə prinsipiallıq və eyni zamanda, sağlam mövqe nümayiş etdirməyə qadirdir. Ermənistan tərəfinin Dağlıq Qarabağ mövzusunda Azərbaycanın qeyri-konstruktivliyi ilə bağlı beynəlxalq hay-küyü 12 avqust 2018-ci il tarixindən qüvvəsini itirib. Mütləq qeyd olunmalıdır ki, bu tarixi əhəmiyyətli hadisənin baş tutması üçün aparılan intensiv diplomatik danışıqlarda beş ölkənin hər birinin ayrıca rolu var. Amma məhz Azərbaycan tərəfinin bütün zamanlarda təmkinli və konstruktiv davrandığını xüsusi qeyd etmək vacibdir. Diqqətli müşahidəçilər bilirlər ki, qəbul olunuş konvensiya Azərbaycan diplomatiyasının təntənəsidir.

Qərb niyə narahatdır?

Bu Konvensiya ilə bağlı başqa bir məqam da var. Qərb mətbuatının məsələyə başqa cür don geyindirməsi, əldə olunan razılıqların Rusiyaya dividend qazandıracağını söyləməsi və ümumilikdə, məsələnin həllini yalnız Moskvanın uğuru kimi dəyərləndirməsi heç bir halda başadüşülən deyil. Bəzi Qərb ölkələrinin mətbuatının yanaşması Azərbaycana qarşı növbəti qərəzin və haqsızlığın uğursuz formasıdır. Görünür, həmişə olduğu kimi, bu dəfə də bəzi dairələr Azərbaycan diplomatiyasının uğurunu həzm etməkdə çətinlik çəkirlər. Unutmaq lazım deyil ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb. Ayrıca, Konvensiyada öz əksini tapmış üç razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin Zirvə toplantısında əldə olunub. Həmin gün tərəflər Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları barədə razılıq əldə etmiş, 10 millik balıqçılıq zonası üzrə razılıq sazizşi imzalamış və dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşmaya gəlmişdilər. Digər tərəfdən, Konvensiyanın imzalanmasına qədərki dövrə nəzər yetirsək, rəsmi Bakının atdığı addımları, göstərdiyi səyləri açıqca görmüş olarıq.

Xəzərin hüquqi statusu nə vəd edir?

Konvensiyada Xəzər dənizi regionunun təhlükəsizliyinin və sabitliyinin qorunması, beynəlxalq əməkdaşlıq məsələləri, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, dənizin ətraf mühitinin və bioloji resurslarının qorunub saxlanılması, onun dibi ilə sualtı boru kəmərlərinin çəkilməsi məsələləri öz əksini tapmışdır. Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol - bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər idi ki, bu sənədlərin də hər biri Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən imzalandı.
Bu vaxta qədər Xəzərin statusunun həllini tapmaması Xəzəryanı ölkələrin bir-birinə yaxınlaşmasına maneə yaradan amillərdən idi. Ölkə başçılarının sammitdə imzaladığı səkkiz sənəd "Xəzər beşliyi" ölkələri qarşısında yeni perspektivlər açdı. Bundan sonra Xəzəryanı ölkələr arasında mövcud əməkdaşlıqların daha da möhkəmlənəcəyi və genişlənəcəyi, eyni zamanda, iqtisadi-ticari, nəqliyyat, energetika, turizm və digər sahələrdə yeni irimiqyaslı layihələrin həyata keçiriləcəyi, qarşılıqlı əlaqələrin yüksələcəyi labüddür. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli olan yataqlar bundan sonra birgə işləniləcək və Xəzəryanı dövlətlərə əlavə gəlirlər qazandıracaq. Bundan başqa, Azərbaycandan müxtəlif istiqamətlərə yüklərin daşınmasını nəzərdə tutan, Türkiyənin Samsun, Qazaxıstanın Aktau və Azərbaycanın Bakı limanları arasında 2013-cü ildə bağlanılmış "Qardaş limanlar" müqaviləsi də daha rahat bir şəkildə öz işini həyata keçirə biləcək. Bu tarixi hadisə həmçinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin də yeni inkişaf mərhələsinə qədəm qoymasına öz töhfəsini verəcəkdir. Xüsusi qeyd etmək lazımdır ki, mövcud Konvensiya həm də Türrkmənistandan Azərbaycana çəkiləcək Transxəzər kəmərinin reallaşmasında bilavasitə rol oynayacaq. Bu boru kəməri vasitəsilə iki ölkə Avropa Birliyinin təbii qaza olan illik təlabatının 25 faizini ödəmə gücünə sahib olacaq. Beləliklə, müstəqillik qazandığımızdan bu yana ölkəmizin iki taleyüklü problemlərindən birini çözdük. Dövlət başçımızın səyləri, dözümü və inadı bizə qələbə gətirdi. Həllini tapmayan münaqişələrdən biri kimi qiymətləndirilən Xəzərin hüquqi statusu problemi uzun sürən ağır danışıqlardan sonra artıq ortada yoxdur. Bu, bizə bir gün, hətta ola bilsin, lap tezliklə Dağlıq Qarabağ münaqişəsinin də milli və dövlətçilik mənafeyimizə uyğun şəkildə həll ediləcəyinə daha güclü inam aşılayır.


Ruslan Cahangirli
Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Beynəlxalq münasibətlər fakültəsinin IV kurs tələbəsi




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info