Sosial şəbəkələr ötən il Rusiyaya 10 milyard dollar zərər vurub
Tarix: 25.06.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Ötən il ərzində Rusiya iqtisadiyyatı sosial şəbəkələrə görə 281,7 mlrd. rubldan 311,5 mlrd. rubladək (10 mlrd. ABŞ dolları) itirib. Rusiya mətbuatının məlumatına görə, bu hesablamaları Rusiyanın FBK audit və konsaltinq şirkətinin mütəxəssisləri aparıblar.
Mütəxəssislər hesab edirlər ki, Rusiya vətəndaşlarının əksəriyyəti iş vaxtı «Facebook», «VKontakte» və bu kimi sosial şəbəkələrdən istifadə edir, iş vaxtının əksəriyyətini məhz buna sərf edir. Nəticədə, iş vaxtı əsas işi ilə məşğul olmadıqlarına görə, ölkə iqtisadiyyatı zərər çəkir. Burada söhbət işçinin sosial şəbəkədə keçirdiyi vaxtın işəgötürən tərəfindən ödənilməsindən gedir. Eyni zamanda, bu, əmək məhsuldarlığının azalmasına da təsir göstərir. Analitiklərin hesablamalarına görə, 2012-ci ilin sonunda Rusiyada sosial şəbəkələrdən istifadə edənlərin sayı 51,8 mln.-a yaxınlaşıb və orta hesabla hər bir istifadəçi sosial şəbəkələrdə, o cümlədən iş vaxtı gündə 25,6 dəqiqə keçirib (ayda - 12,8 saat). Sosial şəbəkədə hər bir aktiv işçi tərəfindən ildə 3 187,2 dəqiqə və ya 53,1 saat iş vaxtı itirilib. Mütəxəssislərin fikrincə, nəticədə, Rusiya iqtisadiyyatı 311,5 mlrd. rubl itirib.
Hesablamalar göstərir ki, sosial şəbəkələrdə istifadə edənlərdən ölkə iqtisadiyyatına ən çox zərər vuran maliyyə, daşınmaz əmlak, kirayə və xidmətlərin təqdim edilməsi, təhsil, sığorta sahələrində çalışan işçilər, həmçinin məmurlar olub. Müqayisə üçün bildirək ki, analoji səbəbdən ABŞ iqtisadiyyatı ildə 650 mlrd. dollar itirir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info