“Azərbaycan dini radikalizmin ən az yayıldığı ölkələr sırasındadır”
Tarix: 29.08.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusu müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans avqustun 29-da işini panel formatında davam etdirib. Tədbirdə məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, rayonun aktiv gəncləri, Yeni Azərbaycan Partiyası Rayon Gənclər Təşkilatının fəalları, həmçinin Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov rayondakı dini durum haqqında məlumat verərək, dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə keçirilən tədbirləri yüksək qiymətləndirib. “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda geniş məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən bəhs edib. Bu istiqamətdə əsas vasitənin maarifləndirmə metodu olduğunu qeyd edən sədr müavini gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb. Dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bildirən G.İsmayılov dinin əsas mahiyyətini nəzərə almayaraq ondan öz maraqları naminə yararlanmaq kimi mənfi halların törətdiyi fəsadlara toxunub. Bildirilib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. Xalqımızın çoxəsrlik tolerantlıq ənənəsinə malik olduğunu bildirən natiq Azərbaycanın dini radikalizmin ən az yayıldığı ölkələr sırasında olduğunu deyib. O, bunun əsas səbəblərindən birinin dövlətin apardığı düzgün din siyasəti olduğunu vurğulayıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info