“Buta Airways“ İzmirə birbaşa reyslər açır - cəmi 29 avroya
Tarix: 29.08.2018 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


2018-ci il oktyabrın 6-dan etibarən milli loukoster "Buta Airways" Türkiyənin daha bir məşhur istiqamətinə - İzmirə birbaşa reyslər açacaq. "Buta Airways"dən Trend-ə verilən məlumata görə, aviaşirkətin digər istiqamətləri kimi Bakı-İzmir (Adnan Menderes Aeroportu, IATA kodu: ADB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə - şənbə günləri yerinə yetiriləcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür. Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.

İzmir - böyüklüyünə görə Türkiyənin üçüncü şəhəri və ölçüsünə görə ikinci limanıdır. O, səfalı Egey dənizi sahillərində yerləşir və ölkənin ən gözəl şəhərlərindən biri hesab olunur. İzmir Türkiyənin böyük işgüzar mərkəzi və çoxsaylı qədim abidələr, böyük meydanlar, müxtəlif muzey və palma ağaclıqları ilə müasir dəniz kurortudur. Aviaşirkətin yeni istiqaməti iki dost ölkə arasında sərnişin axınını daha da artırmağa imkan verəcək.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways
instagram.com/ButaAirways
twitter.com/ButaAirways
t.me/Buta_Airways

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. Hazırda aviaşirkət Bakıdan İstanbul, Alanya, Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, Kiyev, Sofiya, Tbilisi və Tehrana müntəzəm və mövsümi reyslər yerinə yetirir. Həmçinin böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncədən Moskvaya birbaşa reyslər yerinə yetirilir. İzmir loukosterin marşrut şəbəkəsinin 12-ci istiqaməti olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir
19.02.2019
Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib
19.02.2019
Vergi islahatlarının sahibkarlığın inkişafına təsiri mövzusunda seminar
19.02.2019
AİB Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info