“Xəzər” avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq
Tarix: 29.08.2018 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


"Xəzər" avtomobilləri Moskvada beynəlxalq avtomobil sərgisində nümayiş ediləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqustun 31-dən sentyabrın 9-dək Moskvada Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə keçiriləcək beynəlxalq sərgidə "Xəzər" avtomobilləri də nümayiş olunacaq. Sərgidə Neftçala Sənaye Məhəlləsinin ən iri müəssisəsi olan "Khazar" Avtomobil Zavodunda istehsal edilmiş "Xəzər LD" və "Xəzər SD" avtomobilləri də təqdim ediləcək. Avtomobil sənayesinin ən son yeniliklərinin nümayiş olunacağı Moskva Beynəlxalq Avtomobil Salonu sərgisində tanınmış avtomobil istehsalçıları olan "Audi", "BMW," "Cadillac", "Ford", "Honda", "Hyundai", "Infiniti", "Isuzu", "Jaguar", "KIA", "Land Rover", "Lexus", "Mazda", "Mercedes-Benz" və sair öz avtomobillərini nümayiş etdirəcək. Qeyd edək ki, 2018-ci ilin martında istifadəyə verilmiş "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir və zavodun illik istehsal gücü 10 min avtomobildir. Zavodda müasir texnologiya, avadanlıq və mexanizmlər əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. "Xəzər" avtomobilləri Avro-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və "Made in Azerbaijan" brendi altında satışa çıxarılır. Bu avtomobillərin xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info